“Mətbuat Günündə “Mətbuat Söhbətləri” - FOTO
21 iyul 2012 15:26 (UTC +04:00)

“Mətbuat Günündə “Mətbuat Söhbətləri” - FOTO

Bu gün Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Milli Mətbuatın yaranmasının 137-ci ildönümünə həsr edilmiş “Mətbuat Günündə “Mətbuat Söhbətləri” mövzusunda Dəyirmi Masa təşkil edib. Lent.az-ın verdiyi məlumata görə, tədbirdə aparıcı qəzetlərin baş redaktorları, agentliklərin direktorları, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbiri giriş sözü açıb. O, əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. İcra başçısı rayonda görülən abadlıq işlərindən söz açıb, həyata keçirilən tədbirlərdən danışıb. Eyni zamanda rayon ərazisində planlaşdırılan yeni layihələr haqqında məlumat verib. İcra başçısı dövlət başçının rayonda görülən tikinti və abadlıq işlərini diqqət mərkəzində saxladığını da vurğulayıb.

Daha sonra mövzu ilə bağlı müzakirələr aparılıb. Tədbir iştirakçıları mətbuatın inkişafından söz açıb, mətbuata dövlət tərəfindən xüsusi qayğı göstərildiyi bildirib. Daha sonra Binəqədi rayonunun sosial-iqtisadi, mədəni və təsərrüfat həyatını KİV-də mütəmadi işıqlandıran mətbuat nümayəndələri İcra Hakimiyyətinin qiymətli hədiyyələri ilə mükafatlandırıblar.
# 1287

Oxşar yazılar