Prokurorluq orqanlarına qəbul üçün yazılı imtahan keçirilib
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2011-ci ildə 100 ştat vahidi üzrə növbəti 10-cu müsabiqə elan edilib. İşə qəbulla bağlı müraciət etməklə müsabiqənin test imtahanından ibarət birinci mərhələsində iştirak edən 454 namizəddən 302 nəfəri, onlardan 27-si qadın, keçid balı toplayaraq, ikinci mərhələ olan yazılı imtahanda iştirak etmək hüququ qazanıb. İkinci mərhələyə keçən namizədlərin əksəriyyəti Bakı Dövlət Universitetinin məzunlarıdırlar.
İyulun 21-də keçirilən müsabiqənin yazılı imtahan mərhələsində şəffaflığın təmin edilməsi və ictimai nəzarətin həyata keçirilməsi məqsədilə bir sıra dövlət orqanlarının, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Yazılı imtahan mərhələsində iştirak etmiş 292 namizədin cavabları xüsusi olaraq müəyyən edilmiş müvafiq ekspertlər tərəfindən yoxlanılmaqla, keçid balı toplayan şəxslər Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində tibbi müayinədən keçib müsbət rəylər alındıqdan sonra onların müsabiqənin üçüncü müsahibə mərhələsinə buraxılması təmin ediləcək. Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında və qəbul otağında asılmış lövhədə yerləşdiriləcək.

Oxşar yazılar

Mayda bəxtəvərlər siyahısına düşən 5 BÜRC: Hər şey dəyişəcək
15 may 2025 , 00:02
Günəşdə 2025-ci ilin ən güclü partlayışı: güclü maqnit qasırğaları XƏBƏRDARLIĞI
14 may 2025 , 23:01
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
14 may 2025 , 21:20
Mayın ortasında lopa-lopa qar yağdı
14 may 2025 , 18:58
May DÖRD BÜRC üçün həlledici olacaq
14 may 2025 , 18:34
Sabah Bakının 5 rayonunda qaz olmayacaq
14 may 2025 , 17:56
Daha bir məktəbdə RÜŞVƏT İDDİASI: "Dərs saatları və attestatlar satılır"
14 may 2025 , 17:54