Bakıda iranlı narkobaronun toruna düşən qızla-oğlan tutuldu
14 may 2025 13:52 (UTC +04:00)

Bakıda iranlı narkobaronun toruna düşən qızla-oğlan tutuldu

Paytaxtda narkokuryerliyə cəlb olunan daha iki şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatla əvvəllər dəfələrlə məhkum olunmuşlar 41 yaşlı Fəxrəddin Məhərrəmov və tanışı Sevinc İsgəndərzadə saxlanılıblar.

Onlardan 2 kiloqrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. 

Saxlanılan şəxslər narkotik vasitəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.  

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420

Oxşar yazılar