Məleykə Abbaszadə rezidenturayla bağlı son sözünü dedi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün Odlar Yurdu Universitetinin tibb fakültəsinin oğlan tələbələri ilə bağlı yaranmış rezidentura qalmaqalına münasibət bildirib.
Lent.az-ın məlumatına görə, M.Abbazadə deyib ki, bu universitetin rektoru Əhməd Vəliyev tibb fakültəsini bu il bitirən oğlan tələbələrinin rezidentura imtahanlarına buraxılması ilə bağlı ona müraciət edib. TQDK sədri qeyd edib ki, burada söhbətin əsasında Müdafiə Nazirliyindən xahişlə bağlı məsələ durur: “Mən Azərbaycan Tibb Universitetinin oğlan tələbələri ilə bağlı Müdafiə Nazirliyindən xahiş etmişdim ki, onlar iyul çağırışında yox, oktyabr ayında hərbi xidmətə çağırılsınlar. Çünki bu il rezidentura imtahanları sentyabr ayında keçiriləcək”.
M. Abbaszadə bildirib ki, bu barədə qərara Tibb Universitetinin tələbələri ilə görüşdə gəlib və həmin tələbələrə bununla bağlı söz verib: “Ancaq hər hansı qurumdan xahiş etmək və ya etməmək qanun pozuntusu, yaxud qanunun tələbi deyil. Odlar Yurdu Universitetinin oğlan tələbələri ilə bağlı Müdafiə Nazirliyindən xahiş etməyəcəyəm. Bu, hər hansı qanunun tələbi də deyil ki, mən xahiş edim. O tələbələrin həmin universitetə necə qəbul olunduğu bilinmir. Onlar 2005-ci ildə TQDK-nın keçirdiyi imtahanda iştirak edib və heç bir universitetə qəbul olunmayıb. Ancaq sonradan Beynəlxalq və Odlar Yurdu Universitetlərinə necə qəbul olublar, mən bunu bilmirəm. İkincisi, özəl universitetlərin tibb fakültələrinə çox aşağı balla qəbullar aparılıb. Buna görə də Müdafiə Nazirliyindən xahiş etmək niyyətində deyiləm və etməyəcəyəm”.
Ramiz Mikayıloğlu

Oxşar yazılar

Günəşdə 2025-ci ilin ən güclü partlayışı: güclü maqnit qasırğaları XƏBƏRDARLIĞI
14 may 2025 , 23:01
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
14 may 2025 , 21:20
Mayın ortasında lopa-lopa qar yağdı
14 may 2025 , 18:58
May DÖRD BÜRC üçün həlledici olacaq
14 may 2025 , 18:34
Sabah Bakının 5 rayonunda qaz olmayacaq
14 may 2025 , 17:56
Daha bir məktəbdə RÜŞVƏT İDDİASI: "Dərs saatları və attestatlar satılır"
14 may 2025 , 17:54
Bayıldakı bu bina niyə sökülür? - RƏSMİ AÇIQLAMA
14 may 2025 , 17:44