İxtisas seçiminin vaxtı dəyişdirildi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, ixtisas seçimi internet vasitəsilə avqustun 2-si, saat 11:00-a qədər davam edəcək.
İkinci ixtisas qrupu üzrə imtahan verən abituriyentlər həmin ixtisas üzrə nəticələrin elan olunduğu vaxtdan sonra, iyulun 24-dən etibarən ixtisas seçimi edə biləcəklər. Dördüncü ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisaslarına imtahan verən abituriyentlər isə qabiliyyət imtahanlarının nəticələri açıqlandıqdan sonra, iyulun 28-dən etibarən ixtisaslarını seçəcəklər.
Apelyasiyaya müraciət edən tələbələrin qeydiyyatları iyulun 26-27-də TQDK-da aparılacaq. Həmin abituriyentlərin cavab kartlarının qrafik təsvirləri iyulun 27-də, saat 14:00-dan etibarən TQDK-nın internet saytında yerləşdiriləcək.
Kartın qrafik təsvirlərinə baxmaq üçün abituriyentlər test imtahanının nəticələri bölməsində öz səhifələrinə daxil olmalıdırlar. Bundan sonra onların hər hansı narazılığı qalarsa, iyulun 28-də TQDK-da keçiriləcək açıq apelyasiyada əyani olaraq iştirak edə bilərlər.
Ramiz Mikayıloğlu

Oxşar yazılar

Mayda bəxtəvərlər siyahısına düşən 5 BÜRC: Hər şey dəyişəcək
15 may 2025 , 00:02
Günəşdə 2025-ci ilin ən güclü partlayışı: güclü maqnit qasırğaları XƏBƏRDARLIĞI
14 may 2025 , 23:01
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
14 may 2025 , 21:20
Mayın ortasında lopa-lopa qar yağdı
14 may 2025 , 18:58
May DÖRD BÜRC üçün həlledici olacaq
14 may 2025 , 18:34
Sabah Bakının 5 rayonunda qaz olmayacaq
14 may 2025 , 17:56
Daha bir məktəbdə RÜŞVƏT İDDİASI: "Dərs saatları və attestatlar satılır"
14 may 2025 , 17:54