IV ixtisas qrupu üzrə imtahanın nəticələri açıqlandı
18 iyul 2011 17:54 (UTC +04:00)

IV ixtisas qrupu üzrə imtahanın nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticələr bu gün saat saat 17:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

İmtahan nəticələri barədə məlumatı “Azercell” və “Bakcell” nömrələrindən mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.
# 738

Oxşar yazılar