Xüsusi təyinatlı ali təhsil müəssisələrinin I ixtisas qrupu üzrə nəticələr məlum oldu
16 iyul 2011 13:47 (UTC +04:00)

Xüsusi təyinatlı ali təhsil müəssisələrinin I ixtisas qrupu üzrə nəticələr məlum oldu

20011/2012-ci tədris ili üçün Fövqəladə Hallar Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına sənəd vermiş abituriyentlər arasında I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “Fövqəladə hallar və həyat təhlükəsizliyi” ixtisasına keçid balı 315, “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasına isə keçid balı 250 olub.

Milli Təhlükəsizlik Nazirliyinin I ixtisas qrupuna daxil olan ”İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasına keçid balı 337 olub. Müsabiqə nəticəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Fövqəladə Hallar Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Milli Təhlükəsizlik Nazirliyinə göndərilib.

Bu ali məktəblərə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr müvafiq olaraq Fövqəladə Hallar Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına müraciət edərək qeydiyyatdan keçməlidirlər.
# 2358

Oxşar yazılar