“Yas mərasimlərində bircə araq çatmır”
13 iyul 2011 13:12 (UTC +04:00)

“Yas mərasimlərində bircə araq çatmır”

“Bugünkü yas və toy mərasimlərində ifratçılıq həddindən artıqdır. Bu isə İslama da ziddir. Yas mərasimlərindəki ehsanlarda bircə araq çatmır. Yasa gedirsən, bilmirsən toydu, yoxsa yas...”


APA-nın məlumatına görə, bunu xalq şairi Zəlimxan Yaqub Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən tədbirdə deyib. O, qəbir daşlarının dəbdəbəli olmasını da tənqid edib: “Qəbiristanlığa gedəndə məlum olur ki, bircə telefon yoxdur, ölüylə danışasan. Toylarla bağlı da vəziyyət ürəkaçan deyil. Məsələn, gedirəm şadlıq sarayına ki, toy danışım. Deyirəm, mənə beş növ qida lazımdır. Orda deyirlər ki, yox e, beş növ olmaz, gərək əlli beş növ qida ola...”


Z. Yaqub QMİ sədrinə qarşı mətbuatda olan hücumlara isə kəskin reaksiya verib.
# 555

Oxşar yazılar