“Budad LTd” barəsində iş qaldırılıb
13 iyul 2011 11:52 (UTC +04:00)

“Budad LTd” barəsində iş qaldırılıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Budad LTd”-yə məxsus sexdə aparılan yoxlama zamanı müvafiq reseptura və texnoloji təlimat olmadan istehsal edilmiş, yararlılıq müddəti heç bir normativ sənədə əsaslanmadan təyin olunmuş, etiketlərində məhsulun istehsalında istinad olunan normativ sənədin nömrəsi, istehsal tarixi, enerji dəyəri və istehsalçısı barədə məlumatlar göstərilməmiş saxta sərinləşdirici içkilərin satışının dayandırılması barədə icrası məcburi göstəriş verilib. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, satışı dayandırılmış 58,1 min litr saxta sərinləşdirici içki Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Haqsız rəqabətə yol verdiyi üçün Dövlət Xidməti tərəfindən “Budad LTd” barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
# 376

Oxşar yazılar