4 nəfər 700 bal toplayıb
12 iyul 2011 19:13 (UTC +04:00)

4 nəfər 700 bal toplayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanda iştirak edən 32564 abituriyentdən 65 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.


Test imtahanının nəticəsinə əsasən 9513 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. 4 nəfər maksimal nəticə - 700 bal toplayıb.
# 480

Oxşar yazılar