“Dədə Qorqud”-un dondurmalarında “S.aureus” bakteriyaları tapıldı
11 iyul 2011 18:22 (UTC +04:00)

“Dədə Qorqud”-un dondurmalarında “S.aureus” bakteriyaları tapıldı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Dədə Qorqud” Müstəqil Kiçik Müəssisəsinə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən falqa qablaşdırmada olan “Star” südlü dondurmalarında turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və “S.aureus” bakteriyalarının (stafilakok) olduğu aşkarlanıb.

Eyni zamanda “Star” plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və “S.aureus” bakteriyalarının (stafilakok) olduğu, “QOLD STAR” plombir dondurmasında yağın kütlə payının etiket göstəricisindən az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) olduğu, “Dalila” dondurmasında yağın kütlə payının etiket göstəricisindən az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində “S.aureus” bakteriyalarının olduğu, polietilen qablaşdırmada olan “Star” dondurmasında saxarozanın, quru maddənin kütlə payının və turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və “S.aureus” bakteriyalarının (stafilakok) olduğu aşkar edilib.

Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 1989,92 kq dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən “Dədə Qorqud” Müstəqil Kiçik Müəssisəsinə icrası məcburi göstəriş verilib.
# 415

Oxşar yazılar

Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57