“İnformasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış” müzakirə olundu - FOTO
11 iyul 2011 16:45 (UTC +04:00)

“İnformasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış” müzakirə olundu - FOTO

Mətbuat Şurasından Lent.az-a daxil olan məlumata görə, tədbir hər iki qurumun birgə layihəsi çərçivəsində baş tutub. Seminarı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. O, rəhbərlik etdiyi qurumun Avropa Şurası ilə birgə layihəsinin məqsədləri barədə ətraflı məlumat verib. “Bu bizim Avropa Şurası ilə ilk tədbirimiz deyil. İndiyədək medianın problemləri ilə bağlı müxtəlif səpkili təşəbbüslər reallaşdırmışıq. Mövcud layihədən isə məqsəd mətbuat xidməti institutunun ümumilikdə ictimaiyyətlə əlaqələr sektorunda oynadığı rolun kompleks təhlilini aparmaqdan, informasiya-kommunikasiya texnologiyalarının ən yeni metodlarının tətbiqində bu qurumların rolu və mövqeyinin artırılması xüsusiyyətlərini müəyyənləşdirməkdən, mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir”.


Ə.Amaşov layihə çərçivəsində növbəti seminarın iyulun 30-31-də Tərtər rayonunda baş tutacağını bildirib. Azərbaycanın ilk jurnalisti olan Abbasqulu ağa Bakıxanovun doğma yurdu Qubada belə mötəbər toplantıların təşkilini rayonda mediaya və ümumilikdə informasiya işinə həssas münasibətlə əsaslandıran Ə.Amaşov eyni dəst-xəttin digər rayon və şəhərlər üçün də vacibliyini önə çəkib.

Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bu kimi tədbirlərin cəmiyyət üçün xüsusi önəm daşıdığını deyib. Sektor müdiri onların davamlılığının vacibliyini vurğulayıb: “Modernləşmə kursu dövlət orqanları və digər qurumlar qarşısında yeni vəzifələr qoyur. Bu baxımdan informasiya əldə etmək haqqında qanunvericiliyə riayət zəruridir. Mövcud istiqamətdə irəliləyişlər ictimaiyyətlə əlaqə şöbələrinin, mətbuat xidmətlərinin işinin təşkilində, onların veb-səhifələrinin yaradılmasında və təkmilləşdirilməsində özünü göstərməkdədir. Əslində belə layihələrin əsasında da həmin prosesə dəstək göstərmək və bir növ, qarşıdakı vəzifələri müəyyənləşdirmək dayanır. Əsas məsələ təbii ki, dövlət orqanlarının cəmiyyətin informasiya tələbatını ödəmələridir. Azərbaycan dövləti də bu yöndə əhəmiyyətli tədbirlər reallaşdırmaqdadır”.


Bakı Dövlət Universitetinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli mətbuat xidməti institutunun hər bir qurumun fəaliyyətindəki roluna diqqət çəkib. “Layihə və bugünkü seminar çox əhəmiyyətlidir. Mən İctimai Televiziyada təmsil olunduğumdan həmin qurumda mətbuat xidmətinin rolunu qısaca qeyd etmək istərdim. Açığı təsəvvür edə bilmirəm ki, bu təsisat olmasaydı, işimiz necə qurulacaqdı. Mövcud mənada Bakı Dövlət Universitetinin də eyni adlı qurumunun müsbət işini qeyd etmək mümkündür. Təbii ki, bir sıra problem və çatışmazlıqlar da var. Ümid edirəm ki, bu kimi maarifləndirici tədbirlər onların aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq”.

Təlimləri hollandiyalı ekspertlər - Devid van der Huoven və Fred Gijbels aparıblar. Onlar “İctimai informasiya rəsmilərinin rolu və mövqeyi”, “Media və vətəndaşlarla interaktiv ünsiyyət”, “Hökumət informasiyasına açıq çatım və onun nəticələri”, “İnformasiyaya açıq çatımın bəzi hüquqi aspektləri”, “Böhran vəziyyətlərində necə işləməli” mövzularında fikir və təcrübələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar.


Seminar çərçivəsində həmçinin iştirakçılara Azərbaycan Respublikasının Baş Prokurorluğu və Mətbuat Şurasının birgə hazırladıqları “Jurnalistlər üçün hüquqi terminlər lüğəti” kitabı da paylanılıb.


Qeyd edək ki, seminarda Daxili İşlər, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər, Vergilər, Təhsil nazirliklərinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dövlət Neft Şirkətinin, Dövlət Sosial Müdafiə Fondunun, “Azərsun Holdinq”in mətbuat xidmətlərinin nümayəndələri, eləcə də Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıdan olan dövlət orqanlarının media ilə əlaqələrə məsul şəxsləri iştirak ediblər.
# 433

Oxşar yazılar

Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57