Əlverişsiz hava şəraiti aradan qalxır
11 iyul 2011 12:50 (UTC +04:00)

Əlverişsiz hava şəraiti aradan qalxır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yaxın 2 gündə Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.


Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyulun 8-də Bakı və Abşeron yarımadasında müşahidə olunan sinoptik şərait ilə bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunurdu ki, iyul ayının ilk günlərində əsən güclü şimal-qərb küləkləri Abşeron yarımadasında yer səthindən toz hissəciklərinin davamlı olaraq dəniz üzərinə qovulmasına şərait yaradıb. İyulun 7-də küləyin zəifləməsi və cənub, cənub-şərq küləyi ilə əvəz olunması, “istilik dalğası”nın təsiri (burada maksimal temperatur 40 dərəcəyədək yüksəlmişdir), dəniz üzərindən buxarlanmanın bir qədər artması və havada olan toz hissəciklərinin buxarla tutulub saxlanması nəticəsində zəif duman effekti yaranıb.


Əlverişsiz meteoroloji şəraitlə bağlı iyulun 8-i səhər saatlarında zərərli qaz qarışıqlarının konsentrasiyasının əvvəlki günlərə nisbətən toz istisna olmaqla artımı müşahidə olunub. Azot 4-oksid sutka ərzində sanitar normadan 2.7, furfurol 4.2, dəm qazı 1.6, hidrogen sulfid 1.1 dəfə çox olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyulun 9-dan 11-dək hava şəraitində gözlənilən güclü şimal-qərb küləyinin yenidən üstünlük təşkil etməsinin çirklənmə səviyyəsinin azalmasına və zəif dumanın səpələnməsinə səbəb olacağını bildirmişdi.
# 400

Oxşar yazılar

Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57