Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir
10 iyul 2011 09:00 (UTC +04:00)

Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Bu gün – iyulun 10-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan respublikanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7 binada keçiriləcək. Abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə TQDK-nın saytında xüsusi xəritə-göstəricilərlə təchiz olunmuş, binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilib. Orta ümumtəhsil müəssisələrindən 2515 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 248 imtahan rəhbəri cəlb olunub. I qrup üzrə 33587 abituriyent ərizə təqdim edib. Naxçıvan şəhərində yalnız Naxçıvan Muxtar Respublikasında yaradılmış Sənəd Qəbulu Komissiyalarında (SQK) ərizəsini təsdiq etdirmiş abituriyentlər imtahan verəcəklər. Gəncədə Naftalan və Gəncə şəhərlərində, Gədəbəy, Qazax, Şəmkir, Ağstafa, Tovuz, Goranboy, Daşkəsən, Göygöl və Samux rayonlarında yaşayan və orada yaradılmış SQK-larda sənəd vermiş abituriyentlər imtahan verəcəklər. Sumqayıtda həmin şəhərdə, Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında yaradılmış SQK-larda sənəd vermiş abituriyentlər imtahan verəcəklər.


I ixtisas qrupu üzrə sənəd verənlərin 30965 nəfəri Azərbaycan bölməsinin, 2622 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 19825 nəfərini oğlanlar, 13762 nəfərini isə qızlar təşkil edir. 18257 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13974 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 128 abituriyent xarici ölkələrin vətəndaşıdır. 127 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1229 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənc isə 1996-cı ildəndir. Bakı şəhərində 24152 abituriyent, Naxçıvanda 1327 abituriyent, Gəncədə 3891, Sumqayıtda isə 4217 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:00-da “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək. I ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.

I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 14-dən 20-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.
# 607

Oxşar yazılar

Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57