DİQQƏT: Qulağınızın dibindəki bomba!
Dünyanın xərçəng xəstəliyi üzrə ən önəmli mütəxəssislərindən biri kimi tanınan Amerikalı onkoloq, Nobel mükafatlı Devra Davisin “Disconnect” (“Bağlantını kəs”) adlı yeni kitabını oxuyuram və sözün həqiqi mənasında dəhşətə gəlirəm. Bu kitabı oxuyana qədər bütün günü üzərimdə bir bomba gəzdirdiyimin fərqində belə olmamışdım.
Amma təkcə mənmi? Xeyr. Elə dostlarım arasında kiçik bir sorğu keçirdim. Heç onlar da mobil telefonların sağlamlığımıza nə qədər böyük bir zərər olduğu ilə bağlı ciddi məlumatlara malik deyildilər. Təəccüblənməyə dəyməz. Bütün dünyada mobil telefon istehsalçıları insanların bu barədə hərtərəfli məlumatlar əldə edə bilməməsi üçün əlindən gələni edir. Necə? Bu barədə məşhur tədqiqatçıların fikirlərini bir az sonra sizə təqdim edəcəm. Qayıdaq Devra Davisin “Disconnect” əsərinə. Müəllif yazır: “6 il öncəyə qədər cib telefonlarını güvənli zənn edirdim. Amma elə sınaq-təcrübə sonucları gördüm və elə təzyiqə şahid oldum ki, artıq cib telefonlarının sağlamlığa həyəcan doğuracaq dərəcədə zərərli olduğunu düşünürəm”.
Pittsburq Universiteti Onkologiya Departamentinin direktoru olan və Nobel mükafatı da daxil olmaqla çoxlu sayda ödülə layiq görülmüş Davisin əsəri barədə Azərbaycanda məlumatlar çox az olsa da, ilk işıq üzü gördüyü vaxtdan dünyada xüsusi ilə mütəxəssislər arasında ciddi əks-səda doğurub.
O, cib telefonlarının sağlamlığa təsirləri mövzusunda “qlobal təhlükə durumu” elan edilməsi lazım olarkən, cib telefonu sənayesinin böyük səyləri nəticəsində bu cihazın zərərlərini göstərməyə çalışan nüfuzlu elm adamlarının qaralandığını, hətta dünyanın bir nömrəli səhiyyə qurumu olan Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) belə, cib telefonunun zərərləri mövzusunda intriqaların dolaşdığını yazır.
“Bir elm adamı olaraq bundan 6 il öncəyə qədər cib telefonlarının təhlükəsiz olduğuna inanırdım. Hökumətlərin, səhiyyə qurumlarının, insan sağlamlığını belə təhdid edəcəyindən şübhələnilən bir cihazın bütün dünyada sürətlə yayılmasına bilə-bilə icazə verməyəcəklərini düşünürdüm. Ancaq son 6 ildə öyrəndiklərim məni bu düşüncədən daşındırdı.
Xərçəngə tutulmuş bir hüceyrənin indiki modern cihazlar tərəfindən təsbit edilə bilməsi üçün min dəfələrlə bölünüb çoxalması gərəkdir. Təcili tibbi yardım aramaq üçün istifadə etdiyiniz cib telefonu, əslində təcili yardım aramağınızın əsas səbəbi ola bilər”.
“Sığorta şirkətləri cib telefonu firmalarına sığorta xidməti göstərmir, çünki gələcəkdə səhhətləri zərər görən insanların bu firmalardan edəcəkləri şikayətlərin, qaldıracaqları iddiaların hədəfi olamaq istəmirlər”.
Ən çox uşaqlara zərər verir
İnsanı ən çox dəhşətə salan isə mobil telefonların uşaqlara təsiri ilə bağlı tədqiqatların nəticələridir. Təəssüf ki, bu gün məktəb yaşlı uşaqların əksəriyyəti mobil telefonlardan geniş istifadə edirlər. Valideynlər isə mobil telefonun uşaq üçün elə də lazım olmadığını bilə-bilə onlara telefon alırlar. Bu baxımdan, Nobel mükafatlı alimin tədqiqatlarının nəticələrini oxusalar, mobil telefonla uşaqlarına nə qədər böyük bir pislik etdiklərini öyrənə bilərlər. Davis yazır: “25 yaşına qədər insanların beyinləri inkişaf etməkdə davam edir. Uşaqlar bundan 5 il öncəsinə qədər elektromaqnit dalğalarının bu qədər sıx olduğu bir ortamda yaşamırdı.
Son araşdırmalar açıqça ortaya qoyur ki, radio dalğaları da yaratdıqları radiasiya ilə yaşayan hüceyrələrin pozulmasına səbəb ola bilir. Bu zərər uşaqların beyni üçün çox böyük risk daşıyır. Rusiya alimlərinin cib telefonu istifadə edən 5-12 yaş arası uşaqlar üzərində apardıqları 5 illik araşdırma nəticəsində bu uşaqlarda cib telefonu istifadə etməyən yaşıdlarına nisbətən beyin tutumunda azalma, diqqət dağınıqlığı və hafizə pozğunluqları üzə çıxıb”.
Bir sözlə, valideynlər uşaqlarını cib telefonlarından uzaq tutsalar, daha yaxşı olar. Ciddi düşünün!
Qeyd edim ki, 2010-cu ildə Avstriyalı elm adamlarının apardığı araşdırmaya görə, uşaqların sümük ilikləri yeniyetmələrə nisbətən 10 qat daha çox radiasiya qəbul edir. İsveçdəki Rausing Laboratoriyası tərəfindən aparılan araşdırma nəticəsində gündə 2 saat cib telefonunun təhlükəli dalğalarına məruz qalan heyvanlarda beyni zərərli maddələrdən qoruyan beyin-qan divarının nazildiyini və gücsüzləşdiyini müşahidə edilib. Və vücuddakı hüceyrə pozulmalarını müalicə edən genlərin də öz işlərini yerinə yetirmədikləri müəyyənləşib.
Dünyanın ən çox cib telefonu istifadə edilən ölkələrindən biri olan İsraildə 20 yaşdan aşağı adamlarda başın cib telefonunun tutulduğu bölgəsindəki orqanlarındakı xərçəng xəstəliklərinın sayında üçqat artım qeydə alınıb. İstifadə qaydalarında “İPhone” üçün 1.5, “Blackberry” üçünsə 2.5 sm. “qulağınızdan uzaq tutun” deyilir. Bu tövsiyəni hər kəsin böyük diqqətlə nəzərdə saxlaması lazımdır.
Cib telefonu böhranı Ümumdünya Səhiyyə Təşkilatında!
2003-cü ildə Ümumdünya Səhiyyə Təşkilatında bir çoxlarının xəbəri olmayan bir cib telefonu böhranı yaşandı. ÜST-nin Norveçli rəhbəri, Harvard məzunu Qro Harlem Brundtland (Norveçin keçmiş baş naziri) ÜST-dəki otağı içərisində cib telefonu istifadə edilməsini yasaqladı. Ofisin çevrəsinə otağa girənlərin mütləq şəkildə, öz cib telefonlarını qapatması yönündə xəbərdarlıqlar da asıldı. Bir gün görüşə gələn jurnalistlərlə danışarkən, reportaj sırasında başı ağrıyınca, “Kiminsə telefonu açıqdırmı?” deyə soruşdu və bəlli oldu ki, fotoqraf öz telefonunu “titrəşim” rejiminə qoyubmuş…
Uzun müddətdir cib telefonu dalğalarına məruz qalmadığı üçün otaqda bir cib telefonunun açıq olması belə ona təsir etmişdi. O, ÜST-nin cib telefonu təhlükəsi mövzusunda daha aktiv mövqe tutmasının gərək olduğunu bildirirdi. Ancaq bu qayğıları dilə gətirməsindən 5 ay sonra vəzifəsindən oldu... Bu işin arxasında xanım Brundtlandın müavinlərindən biri, “cib telefonu sənayesinin adamı” və “cib telefonları zərərsızdir” kampaniyasının dünyadakı ən önəmli təmsilçisi olaraq tanınan Avstraliyalı Mixael Repaçolinin olduğu ehtimal edildi. (Repaçoli, 3 il sonra elektromaqnit mənşəli dalğaların zərərləri ilə bağlı aparılan və “zərərsizdir” nəticəsinə gəlinən çalışmada cib telefonu sənayeçilərindən rüşvət aldığı ortaya çıxınca ÜST-dəki vəzifəsindən ayrılmaq məcburiyyətində qaldı.) ÜST idarə heyətini inandıraraq, direktorun guya dəli olması səbəbindən vəzifədən alınmasını təmin edən Rapaçoli haqqında 2008-ci ildə Amerikada “insanlığa qarşı işlətdiyi suçlar səbəbilə” cinayət işi qaldırıldı. Şikayət ərizəsində faşist həkimi Cozef Mengeleya bənzədilən Repaçolinin tibb təhsili almış bir adam olmamasına rəğmən ÜST-də cib telefonları ilə bağlı ilk çalışmanın başına gətirildiyini, onun da cib telefonu şirkətlərinin maraqları yönündə hərəkət etdiyi irəli sürüldü.
Hazırda dünyada cib telefonları ilə bağlı ən önəmli araşdırmaları (daha öncə cib telefonu sənayesində elm adamı olaraq çalışan və modern cib telefonlarının düzəldilməsində böyük rol oynayan) Utah Universitetinin professoru Om Qandi aparır. Amerika Senatında 5 yaşlı uşaqların beyinlərinin cib telefonu dalğalarından necə təsirləndiyinə dair bir “çıxış-təqdimat” edən Qandi, bu qayğılarını dilə gətirməyə başlamasının ardından cib telefonu istehlakçılarının bir nömrəli hədəfi oldu. 2000-ci illərdən etibarən apardığı araşdırmalara heç bir büdcə təmin edilmədi, onu qaralamaq üçün, habelə çalışmalarında xətalar tapsınlar deyə cib telefonu firmaları tərəfindən özəl olaraq mütəxəssislər tutuldu.
Qandi cib telefonu firmalarının cihazların sağlamlığa təsirlərini test edərkən cihazın başdan 1.5 sm uzaqda tutulduğunu iddia etdiyini (telefon beyindən hər 1 mm uzaqlaşdırıldığında beyinə elektromaqnit dalğaların təsiri 10 faiz azalır) , bu səbəblə testlərdə cihazların zərərsiz çıxmasının da çox normal olduğunu söylədi.
O, yeni nəsil telefonlar mövzusunda bu xəbərdarlıqda bulunur: ilk cib telefonlarında sadəcə tək bir antena vardı. Ancaq indiki “ağıllı” telefonlarda həm GPS antenası, həm telefon antenası həm də internet üçün özəl antena var. Bu da radiasiyanın üçqat artması deməkdir.
Təhlükədən qorunma yolları
Kitabda cib telefonu dalğalarının zərərli təsirlərindən qorunmaq üçün bir “resept” də təqdim edilir:
- Qəti və qəti olaraq cib telefonunu qulaqlıqla istifadə edin. Mümkünsə, kabelli qulaqlıq olsun. Wireless və Bluetoothu qulaqlıqları istifadə etmədiyiniz müddətdə açıq qoymayın.
- SAR dəyəri aşağı bir telefon alın.
- Lift kimi qapalı yerlərdə və avtomobil, metro, qatar kimi toplu nəqliyyat vasitələrində telefon istifadə etməməyə səy göstərin. Zəif siqnal səviyyəsi olan yerlərdə telefon söhbətinizi mümkün qədər qısa edin.
- Telefonun elektromaqnit dalğa yayan antenaları arxa bölümündədir. Telefonu mütləq cibinizdə daşıyacaqsınızsa vücudunuza təmas edən yön ekran tərəf olsun.
- Hamilə qadınlar cib telefonunu qarın bölgələrindən uzaq tutsunlar.
- Qulaqlıq istifadə etməyəndə telefonun səs gücləndiricilərindən istifadə etməyə səy göstərin.
- Xəbərləşmənizi mümkün olduqca SMS vasitəsi ilə aparın.
- Telefonu yatarkən qapatmayacaqsınızsa, qətiyyən yastığınızın altına qoymayın, yatağınıza da mümkün qədər uzaqda saxlayın.
Məncə, bu tövsiyələri telefon istifadə edən hər kəs diqqətə alsa, yaxşı olar. Əks halda, öz əlinizlə ömrünüzü qısaldacaqsınız, özünüzü vaxtaşırı pis hiss edəcəksiniz və xəstəliklərə tutulma ehtimalınızı daha da artıracaqsınız. Yanınızda bir düşmən gəzdirəcəksiniz!
Azərbaycanda bu təhlükənin geniş mənada nəzərə alınması və məhz təhlükə kimi dəyərləndirilməsi üçün xeyli işlər görülməlidir. Bu sırada maarifləndirici materialların yayılması, mütəxəssislərin iştirakı ilə müzakirələrin açılması, problemin sağlamlıqla və istehlakçı hüquqları ilə bağlı tərəfləri, bu qlobal bəlanı mümkün qədər az zərərlə ötüşdürmək üçün təkliflər və s. addımlar atılmalıdır. Amma buna qədər, zənnimizcə, hər birimiz fərdi şəkildə özümüzü bu “texnoloji ölüm”dən sığortalamaq üçün tələb olunan minimumları yerinə yetirməliyik. Yoxsa, laqeydlik təkcə özümüzün deyil, həm də övladlarımızın, gələcəyimizin məhvinə səbəb ola bilər...
Qənirə Paşayeva,
Millət vəkil

1156