Gəncədə aptekdə kustar üsulla hazırlanmış maskalar satılır
12 noyabr 2009 12:47 (UTC +04:00)

Gəncədə aptekdə kustar üsulla hazırlanmış maskalar satılır

Apteklərdə müşahidələr aparılır

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin qərb nümayəndəliyinin əməkdaşları tərəfindən apteklərdə qoruyucu maskaların satışı, süni qiymət artımının olub-olmaması ilə bağlı müşahidələr aparılıb.


Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Dövlət Xidmətinin qərb nümayəndəliyindən məlumat verilib. Məlumata görə, apteklərdən birində neqativ hal aşkarlanıb. Nəriman Nərimanov prospektində yerləşən 97 saylı aptekin 498 saylı filialında kustar üsulla hazırlanmış qoruyucu maskaların satıldığı müəyyənləşib. Bu halla bağlı aptek rəhbərini cərimə gözləyir. Bundan başqa lisenziyanın alınması ilə bağlı lazımi qurumlara müraciət ediləcək. Müşahidələr davam edir.

Vüsalə Cənnətova
# 468

Oxşar yazılar