Pensiya yaşı qaldırıldı
“Əmək pensiyaları haqqında” dəyişikliklərlə çoxuşaqlı anaların da imtiyazları ləğv edilib
Bu gün Milli Məclisdə müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər qəbul olunub. Bununla da qadınların pensiyaya çıxması üçün yaş həddi 60-a, kişilərin pensiya yaşı isə 63-ə qaldırıldı.
Lentaz-ın məlumatına görə, qanun edilən əlavə və dəyişikliklərdən sonra çoxuşaqlı anaların pensiyaya çıxmaq üçün imtiyazları da ləğv edilib. Belə ki, dəyişikliklərə əsasən, çoxuşaqlı analar da pensiyaya yalnız 60 yaşına çatdıqdan sonra çıxa biləcək.
Xatırladaq ki, əvvəlki qanun 3 və daha çox uşağı olan analara güzəşt edirdi. Belə ki, ana hər uşağa görə bir il imtiyaz alırdı. Bundan başqa, 3 uşaq dünyaya gətirib böyüdənlərdən əmək pensiyaya çıxmaq üçün cəmi 5 il iş stajı tələb olunurdu. dəyişikliklərdən sonra çoxuşaqlı anaların pensiyaya çıxması üçün 12 il işləməsi vacibdir.
Beləliklə, əvvəlki qanunda 3 uşağı olanlar 51,4 uşağı olanlar 50,5 uşağı olanlar 49, 6 uşağı olanlar 48, 7 uşağı olanlar 47, 8 uşağı olanlar 46, 9 uşağı olanlar 45, 10 və daha çox uşağı olanlar isə 44 yaşına çatdıqda pensiyaya çıxmaq hüquqi qazanırdı. İndi
qadınlar 57 yaşında yox, 60 yaşında pensiyaya çıxa biləcəklər.
Elxan SALAHOV

Oxşar yazılar

Məhkumlara pensiyanın təmini üçün nə qədər vaxt tələb olunur? – CAVAB
28 aprel 2025 , 09:51
Aprelin sonu xüsusi olacaq: Böyük uğur qazanacaq 4 BÜRC
28 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
28 aprel 2025 , 08:35Xocalıya növbəti köç karvanı yola salındı
28 aprel 2025 , 06:48
Bu həftə 5 BÜRC üçün əsl möcüzə olacaq: Kimi xoşbəxtlik dalğası bürüyəcək
28 aprel 2025 , 00:16
Qırmızı səviyyəli maqnit qasırğası XƏBƏRDARLIĞI
28 aprel 2025 , 00:01
9-cu siniflərin buraxılış imtahanı keçirildi
27 aprel 2025 , 14:40