Sumqayıtda yeni məktəb istifadəyə verilib
42 saylı məktəb binası müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunub
Respublikanın hər yerində təntənəli şəkildə keçirilən “Bilik günü” bu gün Sumqayıtda da qeyd olunub. Belə ki, Sumqayıt şəhər 42 saylı orta məktəbin yeni binasının açılış mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, açılış mərasimində Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən Vaqif Əliyev 2003-cü ildən etibarən şəhərdə 4 müasir tipli məktəb binasının inşa edildiyini, 7 məktəb üçün 2200 yerlik əlavə tədris korpuslarının tikilib istifadəyə verildiyini, 5 məktəbdə isə əsaslı təmir işləri aparıldığını deyib. İcra hakimiyyətinin başçısı məktəbin müəllim və şagird kollektivini “Bilik Günü” münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra müəllimləri, valideynlər və şagirdlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Mərasimin sonunda qonaqlar yeni məktəb binasındakı sinif otaqları ilə tanış olublar.
Xatırladaq ki, yeni məktəb binası müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə tam təmin edilib.
Elxan SALAHOV

Oxşar yazılar

Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir? - CAVAB
22 aprel 2025 , 16:49Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53
Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi
22 aprel 2025 , 10:42