ABU-nun 200-dən çox məzunu diplomsuz qalıb
Onların taleyi Təhsil Nazirliyinin apardığı yoxlamaların nəticəsindən asılı olacaq
Son iki ildə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) 200-dək məzunu ali təhsil haqqında diplom ala bilməyib. Çünki həmin məzunların universitetə qəbulu zamanı ciddi qanun pozuntularına yol verilib.
Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin ali və orta ixtisas məktəbləri idarəsinin rəisi İlham Mustafayev jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, diplomsuz qalan 200-dən çox məzunu arasında Dağıstan Dövlət Universitetində təhsil alan, sonradan qanunsuz şəkildə ABU-ya köçürülənlər də var.
“Həmin məzunların taleyinin necə olacağı hələ məlum deyil. Çünki Təhsil Nazirliyi bu məsələ ilə bağlı ayrıca araşdırma aparır. Yekun qərar isə araşdırmaların nəticəsindən asılı olacaq”- deyə, İlham Mustafayev bildirib.
Xatırladaq ki, Azərbaycan hökumətinin qərarı ilə bu il ABU-ya tələbə qəbulunun aparılması qadağan edilib. Qarşıdakı bir il ərzində nöqsanlar aradan qaldırılmasa, universitetin birdəfəlik bağlanması gündəmə gələcək.
Elxan SALAHOV

Oxşar yazılar

Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir? - CAVAB
22 aprel 2025 , 16:49Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53
Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi
22 aprel 2025 , 10:42