“Yeni Müsavat”ın su və kanalizasiya problemi
08 avqust 2009 17:00 (UTC +04:00)

“Yeni Müsavat”ın su və kanalizasiya problemi

“Yeni Müsavat” qəzeti su və kanalizasiya problemi ilə üzləşib.
Qəzetin baş redaktorunun birinci müavini Azər Ayxan Lent.az-a açıqlamasında bildirib ki, dünəndən etibarən redaksiyanın yerləşdiyi binanın su xətti kəsilib.
Azər Ayxan deyib ki, bu gün səhər saatlarında yeni tikilmiş binanın qarşısına gələn, özünü Mənzil-kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi kimi təqdim edən şəxsin başçılıq etdiyi fəhlələr binanın kanalizasiya sistemini ekskavatorla dağıtmaq istəyiblər.
Baş redaktorun müavini bildirdi ki, suyun kəsilməsi, indi də kanalizasiyanın dağıdılması cəhdi yeni tikililərdən olan bu binada yaşayan sakinlərin həyatını və redaksiyanın işini iflic duruma salmaq deməkdir.

Nizami rayon icra başçısının birinci müavini Ərrəhman Həsənov isə APA-ya açıqlamasında bildirib ki, Rüstəm Rüstəmov küçəsi 2528-ci məhəllə ünvanındakı bina sənədləşməyib: “Dövlət komissiyası həmin binanı qəbul etməyib, amma binada yaşayışa, fəaliyyət göstərilməyə imkan yaradılıb”.

Ə. Həsənov məsələnin qanuna uyğun olaraq həll ediləcəyini bildirib.Ramiz
# 573

Oxşar yazılar