76 adda dərman yandırılıb
12 iyun 2009 11:15 (UTC +04:00)

76 adda dərman yandırılıb

Yararsız və qeydiyyatdan keçməyən dərmanların əksəriyyəti İran istehsalıdır

Səhiyyə Nazirliyinin nəzdindəki Respublika Baytarlıq Laboratoriyasının krematoriya və avtoklavında qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən dərmanlar yandırılıb. Zərərsizləşdirilmiş dərmanların hamısı saxta, vaxtı keçmiş və mənşəyi məlum olmayan dərman preparatlarıdır.

Səhiyyə Nazirliyindən Lent.az-a bildiriblər ki, bu dərmanların əksəriyyəti heyvandarlıqda istifadə üçün nəzərdə tutulur və apteklərdə açıq şəkildə satılırmış. Ölkənin müxtəlif regionlarında keçirilən reydlər nəticəsində apteklərindən yığılan 76 adda saxta preparatlar toplanaraq yandırılıb.

Nazirlikdə deyirlər ki, yoxlamalar zamanı bu baytarlıq preparatlarının əksəriyyətinin İranda istehsal olunduğu üzə çıxıb. Onların arasında Rusiya, Hindistan, Hollandiya, İordaniya və Türkiyədən gətirilən dərmanlar da üstünlük təşkil edib.

Elxan SALAHOV
# 498

Oxşar yazılar