Hüquq ixtisasına meyl azalır
05 iyun 2009 14:15 (UTC +04:00)

Hüquq ixtisasına meyl azalır

Bu il ali məktəbələrə qəbulda ən böyük maraq I qrupda, ən böyük müsabiqə vəziyyəti isə IV qrupdadır

Bu il ali məktəblərə qəbulda ən böyük müsabiqə vəziyyəti IV qrupdadır. Belə ki, bu qrupa 16 min 587 abituriyent sənəd verib. Bu isə 1 yerə 5 nəfərin ərizə verməsi deməkdir.

Lent.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, bu il ali məktəblərə
sənəd verənlər arasında I qrupda təhsil almaq istəyənlər üstünlük təşkil edir - 36 min 221 nəfər. Həmin qrupda bir yer uğrunda 4,1 abituriyent mübarizə aparacaq. II qrupa 25 min 354 (1 yerə 3,5 nəfər), III qrupa 36 min 110 (bir yerə 3,8 adam), IV qrupa isə 16.587 (1 yerə 5 nəfər) abituriyent sənəd verib.

Beləliklə, bu il IV qrupa daxil olan tibb ixtisaslarında müsabiqə vəziyyəti daha yüksəkdir. Əvvəlki illərdə III qrupa, xüsusən də hüquqşünaslıq ixtisasına maraq daha yüksək olub.

Məleykə Abbaszadə bildirib ki, ötən illə müqayisədə bu il abituriyentlərin sayında da azalma müşahidə edilib. Onun sözlərinə görə, bu il orta məktəblərin XI sinfini bitirənlərin sayının 5 min nəfər azalması abituriyentlərin sayına da təsir göstərib. Belə ki, ali məktəblərə 2 min nəfər az adamın sənəd verdiyi müşahidə olunub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 977

Oxşar yazılar