Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı
05 iyun 2009 14:00 (UTC +04:00)

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009-2010-cu tədris ili üzrə ali məktəblərə tələbə qəbulunun vaxtını müəyyən edib. Bu il imtahanlar hər bir qrup üzrə ayrı-ayrı günlərdə keçiriləcək.

Lent.az-ın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib. Komissiya sədri bildirib ki, ilk qəbul imtahanı iyulun 5-də III ixtisas qrupu üzrə keçiriləcək. I ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 12-də, IV ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 18-də, II ixtisas qrupu üzrə qəbul imtahanı isə iyulun 24-də təşkil olunacaq.

Məleykə Abbaszadə deyib ki, rus bölməsində təhsil alan abituriyentlər üçün Azərbaycan dili üzrə imtahan iyunun 21-də keçiriləcək. Abituriyentlər iyunun 18-dən sonra TQDK-nın saytından imtahanlara buraxılış vərəqini çap edə bilərlər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 905

Oxşar yazılar