![50 il hində və tövlədə yaşayan qadının inanılmaz dramı](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
50 il hində və tövlədə yaşayan qadının inanılmaz dramı
Türkiyədə yaşayan Güldalı Daşdəmir adlı 64 yaşlı qadın təkcə bu ölkəni deyil, bütün dünyanı heyrətə gətirib.
Lent.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, həyatı hələ uşaqlıqdan çətin keçən bu qadın 50 ildir, çılpaq şəkildə yaşayır. 3 bacı qardaş ata-anasını itirdikdən sonra həyatda yalnız qalıblar. Əvvəlcə mal tövləsində yaşayan bu qadın sonra yaşayış üçün toyuq hinini seçib, daha doğrusu onu hinə aparıblar.
Güldalı ata-anasının itirilməsi şokundan çıxa bilməyincə, ruhi xəstə olub. Onun yaşadığı kənddə həkim-filan olmayıb. Güldalının halını isə kimsə anlamayıb. Beləcə, zavallı qız 10 yaşındakı halıyla qalıb.
Sonra isə xəstəliyi getdikcə şiddətli vəziyyətə çatıb, hətta yoldan ötənlərin üstünə də cumurmuş. Qardaşları onu başlarından eləməyiblər, ancaq... evdən kənarlaşdırıblar. Onlar Güldalını mal tövləsinə qoyublar. Daha sonra ağır xəstələnincə, yeni məkana – toyuq hininə aparılıb. O, düz 50 ildir, tam çılpaq vəziyyətdədir. Çörək gətiriləndə yeyir, sonra zibilin içində yatmağa davam edir. Qadının öz nəcisini yediyi də söylənilir...
Hamam vaxtı gələndə isə qardaşı onu bağçaya çıxararaq rezin borunu (“şlanq”) üstünə tutub onu “çimizdirir”. Talehsiz qadının 3 ayda bir dəfə almalı olduğu yaşlılıq təqaüdünü də onun “himayəçiləri” alır.
Bu insanlıq dramından xəbər tutan yaxınlıqdakı Çorum valisi Mustafa Toprak qadını yaşadığı Erən kəndindən götürərək xəstəxanaya yerləşdirib. Hamama aparılaraq, təmizlənən qadın uşaqlığından bəri ilk dəfə yorğan-döşəkdə yatıb.

Oxşar yazılar
![Meteohəssas insanlar üçün PROQNOZ](https://lent.az/storage/news/2024/june/24/big/66793f5b69d9566793f5b69d96171922210766793f5b69d8f66793f5b69d92.jpg)
Meteohəssas insanlar üçün PROQNOZ
24 iyun 2024 , 16:01Bu ölkəyə güclü qar yağdı: Ciddi problemlər yarandı -VİDEO
24 iyun 2024 , 15:22“Bildiyim sirlər mənimlə məzara gedəcək” – Arzu Nağıyevlə QEYRİ-RƏSMİ SÖHBƏT
24 iyun 2024 , 15:09![Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı](https://lent.az/storage/news/2024/june/24/big/667951f3db368667951f3db36a1719226867667951f3db363667951f3db366.jpg)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
24 iyun 2024 , 15:01![Analıq məzuniyyətinə görə nə qədər pul ödənilməlidir? - CAVAB](https://lent.az/storage/news/2024/june/24/big/66792d434194266792d4341943171921747566792d434193c66792d434193f.png)
Analıq məzuniyyətinə görə nə qədər pul ödənilməlidir? - CAVAB
24 iyun 2024 , 14:43Sabah çimərliklərdə gözlənilən hava şəraiti
24 iyun 2024 , 13:10Leysan, dolu, güclü külək - Sabahın HAVASI
24 iyun 2024 , 12:28![Öldürülən polislərdən birinin 10 gün sonra toyu olacaqmış](https://lent.az/storage/news/2024/june/24/big/66791d8e13c1266791d8e13c13171921345466791d8e13c0c66791d8e13c0f.webp)