![Xəzərin səviyyəsi 6 metr enəcək](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Xəzərin səviyyəsi 6 metr enəcək
Bu proqnoz Dünya Bankının “Avropa və Mərkəzi Asiyada iqlim dəyişikliklərinə uyğunlaşma” adlı hesabatında yer alıb
Xəzər dənizində suyun səthinin buxarlanması prosesinin sürətlənməsi ilə əlaqədar XXI əsrin ortalarında hövzənin səviyyəsi 6 metr aşağı düşəcək.
APA-nın məlumatına görə, bu fikir Dünya Bankının “Avropa və Mərkəzi Asiyada iqlim dəyişikliklərinə uyğunlaşma” adlı hesabatında yer alıb. Xəzərin səviyyəsinin aşağı enməsi hövzənin balıq ehtiyatlarına və sahil infrastrukturuna mənfi təsir göstərəcək.
Dünya Bankının ekspertlərinin hazırladığı hesabatda bildirilir ki, Avropa İttifaqının hüdudlarından kənarda əvvəllər ətraf mühitin lazımınca mühafizə olunmaması və əsassız olaraq geniş miqyaslı infrastruktur formalaşdırılması təhlükəli nəticələrə səbəb ola bilər.
Bu səbəbdən hətta cüzi iqlim dəyişiklikləri belə həmin ölkələrə mənfi təsir göstərəcək.
Hesabatı hazırlayan qrupun rəhbəri Marianna Fey artıq Avropa və Mərkəzi Asiyada iqlim dəyişikliklərinin real nəticələrinin ortaya çıxdığı bildirib. XX əsrin əvvəllərində başlayaraq Avropa və Mərkəzi Asiyada orta illik hərarət 0,5 dərəcə, Sibirdə isə 1,6 faiz artıb. XXI əsrin ortalarında isə orta illik hərarətin 1,6-2,6 dərəcə artacağı gözlənilir. Hərarətin dəyişməsi qış aylarında Avrasiyanın şimalında daha çox hiss olunacaq.
Yaxın 20-40 il ərzində Sibirdə şaxtalı günlərin sayının 14-30 gün azalacağı gözlənilir. Bu regionun cənubunda iqlim dəyişikliyi daha çox yay aylarında nəzərə çarpacaq, yayda qızmar günlərin sayının 22-37 gün artacağı gözlənilir.
İqlim dəyişiklikləri Baltik dənizi, Adriatik dənizi, Aralıq dənizinin Türkiyə sahilləri, Qara dəniz, Xəzər dənizi və Rusiyanın Arktik sahillərinə də təsirsiz ötüşməyəcək. Qeyd olunduğu kimi Dünya Bankının ekspertləri Xəzərin səviyyəsinin nəzərə çarpacaq dərəcədə aşağı düşəcəyini proqnozlaşdırırlar.

Oxşar yazılar
![Rezidenturaya qəbul imtahanının NƏTİCƏLƏRİ](https://lent.az/storage/news/2024/june/24/big/6679610a647db6679610a647dd17192307306679610a647d56679610a647d8.jpg)
Rezidenturaya qəbul imtahanının NƏTİCƏLƏRİ
24 iyun 2024 , 16:04![Meteohəssas insanlar üçün PROQNOZ](https://lent.az/storage/news/2024/june/24/big/66793f5b69d9566793f5b69d96171922210766793f5b69d8f66793f5b69d92.jpg)
Meteohəssas insanlar üçün PROQNOZ
24 iyun 2024 , 16:01Bu ölkəyə güclü qar yağdı: Ciddi problemlər yarandı -VİDEO
24 iyun 2024 , 15:22“Bildiyim sirlər mənimlə məzara gedəcək” – Arzu Nağıyevlə QEYRİ-RƏSMİ SÖHBƏT
24 iyun 2024 , 15:09![Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı](https://lent.az/storage/news/2024/june/24/big/667951f3db368667951f3db36a1719226867667951f3db363667951f3db366.jpg)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
24 iyun 2024 , 15:01![Analıq məzuniyyətinə görə nə qədər pul ödənilməlidir? - CAVAB](https://lent.az/storage/news/2024/june/24/big/66792d434194266792d4341943171921747566792d434193c66792d434193f.png)