![ATƏT rəsmisinin babası Bayıl təxridxanasında saxlanıb](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
ATƏT rəsmisinin babası Bayıl təxridxanasında saxlanıb
Stalinin “yatdığı” Bayıl təcridxanası muzeyə çevrilə bilər
Bayılda yerləşən 1 saylı İstintaq Təcridxanasının muzeyə çevrilməsi təklif olunur. Lent.az-ın məlumatına görə, belə bir təkliflə hüquq müdafiəçisi Arzu Abdullayeva ikinci Zabrat ərazisində yerləşən Bakı İstintaq Təcridxanasına baxış zamanı keçirilən görüşdə çıxış edib. O, İosif Stalin və başqa məşhur şəxslərin də vaxtilə həmin təcridxanada saxlanıldığını xatırladaraq deyib ki, təcridxananın bir korpusu, yaxud bir neçə kamerası tarixi abidə kimi saxlanılmalıdır: “Mənim ulu babam da vaxtilə həmin təcridxanada işgəncələrə məruz qalıb”.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərov isə deyib ki, bu, ölkə rəhbərliyinin səlahiyyətində olan məsələdir: “Ancaq mən bu təklifi ölkə rəhbərliyinə çatdıracağam”.
N.Ələkbərov maraqlı bir məqamı da açıqlayıb. Onun sözlərinə görə, bir müddət əvvələ qədər ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsini icra edən Aleks Şahtaxtinskinin babası da Bayıldakı təcridxanada saxlanılıb: “O, bizə müraciət edərək, babasının hansı şəraitdə saxlanılması barədə arxiv sənədlərini istəmişdi”.
Pərvin ABBASOV

Oxşar yazılar
Bu ölkəyə güclü qar yağdı: Ciddi problemlər yarandı -VİDEO
24 iyun 2024 , 15:22“Bildiyim sirlər mənimlə məzara gedəcək” – Arzu Nağıyevlə QEYRİ-RƏSMİ SÖHBƏT
24 iyun 2024 , 15:09![Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı](https://lent.az/storage/news/2024/june/24/big/667951f3db368667951f3db36a1719226867667951f3db363667951f3db366.jpg)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
24 iyun 2024 , 15:01![Analıq məzuniyyətinə görə nə qədər pul ödənilməlidir? - CAVAB](https://lent.az/storage/news/2024/june/24/big/66792d434194266792d4341943171921747566792d434193c66792d434193f.png)
Analıq məzuniyyətinə görə nə qədər pul ödənilməlidir? - CAVAB
24 iyun 2024 , 14:43Sabah çimərliklərdə gözlənilən hava şəraiti
24 iyun 2024 , 13:10Leysan, dolu, güclü külək - Sabahın HAVASI
24 iyun 2024 , 12:28![Öldürülən polislərdən birinin 10 gün sonra toyu olacaqmış](https://lent.az/storage/news/2024/june/24/big/66791d8e13c1266791d8e13c13171921345466791d8e13c0c66791d8e13c0f.webp)
Öldürülən polislərdən birinin 10 gün sonra toyu olacaqmış
24 iyun 2024 , 11:18![Bakının bu rayonlarında qaz kəsiləcək](https://lent.az/storage/news/2024/june/24/big/667900c2f3804667900c2f38061719206082667900c2f37fe667900c2f3802.jpg)