“Layiq olmayanlara  fəxri adı   mən vermirəm ki...” – Xalq artisti
24 iyun 2024 12:31 (UTC +04:00)

“Layiq olmayanlara fəxri adı mən vermirəm ki...” – Xalq artisti

“Kənarda öyünə-öyünə, böyük-böyük gəzə bilərlər. Lakin layiq olmadan Xalq artisti adı alanlar teatrda elə edə bilmirlər, onlar öz yerlərini bilirlər. Bilirlər ki. onlara halallıq verilmir, buna layiq deyillər”.

 Bu fikirləri Lent.az-a  Prezident təqaüdçüsü, Xalq artisti Cəfər Namiq Kamal söyləyib.

“Sizcə hər gələnin Xalq artisti kimi bir adı daşıması bu adı nüfuzdan salır?”  sualına cavabında aktyor deyib:

“Verməsinlər. O adları layiq olmayanlara mən vermirəm ki... Hamı çox şey istəyə bilər. Verməsələr, kim nə əldə edə bilər ki...

İllərlə səbrlə öz işimi görmüşəm, bir də təqüdə çıxanda Xalq artisti adını almışam. Görüblər, veriblər. Qapı-qapı gəzib ad istəməmişəm. Bunu bacarmamışam”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7440
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar