QHT-lərə Dövlət Dəstəyi Şurası və “Counterpart İnternational” birgə layihələr həyata keçirəcək
Bakıda keçiriləcək beynəlxalq konfransa hazırlıq məsələləri müzakirə olunub
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Azərbaycanda fəaliyyət göstərən Counterpart İnternational Təşkilatının ölkə üzrə rəhbəri Maykl Kunzla görüşüb.
Şuradan Lent.az-a verilən məlumata görə, ikitərəfli görüşdə bu il noyabr ayının əvvəllərində “Vətəndaş cəmiyyətinin inkişafı: qazanılmış təcrübə və yeni çağırışlar” mövzusunda Bakıda keçirilməsi planlaşdırılan beynəlxalq konfransa hazırlıq məsələləri müzakirə edilib. Həmçinin, Şura ilə Counterpart İnternational Təşkilatının əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə layihələrin reallaşdırılması da qərara alınıb.
Müzakirələr nəticəsində konfransa hazırlıq üçün Şura və Counterpart İnternational Təşkilatının əməkdaşlarından ibarət işçi qrup yaradılıb və məsələ üzrə Anlaşma memorandumunun hazırlanması həmin qrupa tapşırılıb. Qərara alınıb ki, yaxın günlərdə təşkilat rəhbərləri yenidən görüşüb, konfransa hazırlıq işlərinin gedişini müzakirə etsinlər.
Görüş iştirakçıları Bakıda Beynəlxalq QHT Məktəbinin açılması məsələsi ətrafında da fikir mübadiləsi aparıblar.

Oxşar yazılar
Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı
13 may 2025 , 14:26
Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"
13 may 2025 , 13:44
Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR” -VİDEO
13 may 2025 , 13:16
MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 13:08
Zəvvarları aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi
13 may 2025 , 12:49
4 və 6 sinif şagirdləri bu il ilk dəfə imtahan verəcək
13 may 2025 , 12:49
Müəllimlər yenə imtahan edilir
13 may 2025 , 12:48