Goranboyda yeni istirahət və müalicə mərkəzi istifadəyə verilib
Müəssisdə 30 nəfər işlə təmin olunub
Bu gün Goranboyun Qasımbəyli kəndində yeni istirahət və müalicə mərkəzi istifadəyə verilib. Ötən ildən tikintisi davam edən müəssisənin açılış mərasiminə rayon icra hakimiyyətinin başçısı Elşən Abasov və digər səlahiyyətli şəxslər qatılıb. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, 1 hektar ərazidə yerləşən, 300 yerlik, 3 mərtəbəli, 1 əsas, 2 əlavə korpusdan ibarət müalicə müəssisəsinə baxış keçirilib. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, 30 nəfər işçisi olan istirahət və müalicə mərkəzində Naftalan nefti ilə və 12 adda fizioterapiya müalicəsi nəzərdə tutulur. Ay ərzində 600 nəfər xəstə qəbul etmək imkanına malik müəssisədə işçilərinin sayının 80-ə çatdırılması da nəzərdə tutulur.
Vüsalə Cənnətova

Oxşar yazılar
Bu gün bank kartlarından 10 min manatdan çox pul oğurlanıb
11 aprel 2025 , 21:07Rusiya onları Azərbaycana təhvil verdi
11 aprel 2025 , 21:02
Tarixi binaların izlərini gözəllik salonları, telefon mağazaları gizlədir - VİDEO
11 aprel 2025 , 20:39Sabahın tibbi-meteoroloji PROQNOZU
11 aprel 2025 , 19:07
Bakıya güclü leysan yağacaq - XƏBƏRDARLIQ
11 aprel 2025 , 16:39
Borcluların ölkədən getmək hüququ yeni qaydada məhdudlaşdırılacaq
11 aprel 2025 , 13:01
Sabah bu yerlərə qar, Bakıya yağış yağacaq - HAVA PROQNOZU
11 aprel 2025 , 12:32