“Cənnət quşu”, yoxsa sağlam övlad? - ARAŞDIRMA
Hamiləlik dövrünün tibbi xidmətini yaxşılaşdırmasaq, uşaq ölümünün səviyyəsi artacaq
Milyardlarla yaşı olan kainatda dəyişməyən bir nəsnə var - analıq hissi. Bu xoşbəxtliyə nail olmaq qadınların ən böyük arzusudur. Təəssüf ki, həyatda bu sevinci yaşamağın bir addımlığında olub, amma arzusuna çatmayanlar da var. Bəzən bətnindəki körpəni dünyaya gətirib, nəhayət, öz ağuşunda evə dönəcəyinə ümid edənlərin çoxunun arzusu reallığa çevrilmir.
El arasında körpə ikən dünyasını dəyişənləri "cənnət quşu" adlandırıb, çox vaxt bu hadisəni qismətə, taleyə bağlayırlar. Halbuki bütün dünyada uşaq ölümü çox ciddi narahatlıq yaradan sosial problem kimi qəbul edilir.
1000 uşaqdan 39-u ölür
UNİSEF-in dünya uşaqlarının vəziyyəti barədə hazırladığı hesabatlarda bu məsələ ciddi tənqid olunur.
UNİSEF-in hesabatına görə, Azərbaycan 2007-ci ildə beş yaşına qədər uşaqlar arasında ölümün ən çox yayıldığı ölkələr sırasında 77-ci yerdədir. Belə ki, Azərbaycanda hər 1000 körpədən 39-u ölür. Hesabatda bildirilir ki, Azərbaycanda doğulan 1000 uşaqdan 34-ü 1 yaşına çatmamış ölür. Bu baxımdan, qonşu Gürcüstan və Ermənistanda vəziyyətin daha yaxşı olduğu bildirilir. Gürcüstanda hər 1000 uşaqdan 27-si, Ermənistanda isə 22-si 1 yaşına çatmamış dünyasını dəyişir. Azərbaycanda hər yeni doğulan 1000 körpədən 35-i ölür. Ermənistanda bu rəqəm 18, Gürcüstanda isə 20-dir.
Rəqəmlərdən də bir daha görünür ki, ölkədə rəsmi qurumlar uşaq ölümünə görə Azərbaycanda vəziyyətin yaxşılaşdığını bildirsələr də, əslində real mənzərə bunun əksini göstərir.
Ölkədə uşaq ölümünün çoxluğunu isə BMT-nin Əhali Fondunun mütəxəssisləri ölkədə hamiləlik və doğuş zamanı baş verən neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməməsi ilə əlaqələndirirlər. Bildirilir ki, anaların hamiləlik dövründə tibbi müayinədən keçməmələri sonradan problemlərin yaranmasına yol açır. Fondunun hesablamalarına görə, qadınlarımızın 60-80 faizi hamilə olduqları müddətdə məsləhətxanalara getmirlər. Bu isə onların gələcək övladlarının fiziki və əqli qüsurlarla dünyaya gəlməsinə və ölümünə səbəb olur.
"Rüşvət tələb edirlər"
Qeyd edək ki, ölkədə qadınların hamiləlik dövründə müayinəsi, hələ dövlət tibb müəssisələri pulsuz tibbi xidmətə keçməzdən əvvəl də təmənnasız olub. Amma bununla belə ekspertlər bu prosedurları keçmək üçün qadın məsləhətxanalarında əvvəldə, indi də rüşvət tələb edildiyini iddia edirlər. Uşaq Hüquqlarının Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov deyir ki, əslində dövlət tibb müəssisələrində müayinə pulsuz olsa da, hamilə qadınlar bu xidmətdən istifadə edə bilmirlər: "Qadın məsləhətxanalarında qan və sair müayinələr üçün pul tələb olunur. Elə bu səbəbdən də qadınların çoxu hamiləlik dövründə məsləhətxanaya üz tutmurlar. Tibb müəssisələrində rüşvət faktoru Azərbaycan ailələrində uşaqların sayının azalmasına da təsir göstərir. Qadınları dünyaya çox uşaq gətirməkdən çəkindirir.
Doğuş pulsuz olsa belə, sirr deyil ki, bu da pulsuz ötüşən bir hadisə deyil. Tələb olunan məbləği verməyə maddi imkanı çatmayanlar isə uşağı evdə dünyaya gətirmək məcburiyyətində qalırlar. Bütün bunların nəticəsində ölkədə uşaq ölümü artır".
Bir dəfəyə 73 manat 40 qəpik
Hamilə qadınlarımızı qadın məsləhətxanalarından uzaq durmağa məcbur edən səbəb doğurdanmı rüşvət faktorudur?
Bu suala aydınlıq gətirmək məqsədilə üz tutduq bir neçə qadın məsləhətxanasına. Əvvəlcə yolumuzu Nərimanov rayonu ərazisində 7 saylı qadın məsləhətxanasından saldıq.
Burada ginekoloji kabinetlərin qarşısında gözləyən hamilə qadınlarla söhbətləşib, müayinələrdən keçmək üçün pul tələb olunub-olunmadığını öyrənməyə çalışdıq.
Aynur adlı xanımla söhbət zamanı öyrəndik ki, əslində tibb müəssisəsi pulsuz xidmət göstərsə də, hər müayinənin öz haqqı var: "Hamiləsinizsə, ilk növbədə qandakı infeksiyaların təyini üçün analiz verməlisiniz. Bu laborator müayinənin qiyməti 32 manat 40 qəpikdir. Daha sonra qadın qanda şəkərin, hemoqlobinin təyini üçün laborator müayinədən keçir. Bu analizlərə görə isə 4 manat tələb olunur. Qanda laxtalanmasının səviyyəsini dəqiqləşdirmək üçün isə 2 manat ödəməlidir. Daha sonra hamilə qadın nəcisdən və sidikdən analizlər verməlidir. Qadın Məsləhətxanalarının nəzdində fəaliyyət göstərən laboratoriyada 5 manat bu analizlərə görə alınır. Yaxmanın mikroskopiyasının qiyməti isə 10 manatdır. Hamilə qadının Ultrasəs müayinəsindən (UZİ) keçməsi üçün isə 7-10 manat arası pul tələb olunur".
Həmsöhbətimin dediyinə görə, bu yoxlamalardan keçdikdən sonra ana olmağa hazırlaşan qadın təkrar ginekoloqun yanına gəlir. Laborator müayinələrin nəticələrinə görə, resept yazan həkimə ən azı 10 manat "hörmət" edilməlidir.
Beləliklə, hamilə qadının bir dəfə tibbi müayinədən keçməsinə 73 manat 40 qəpik pul lazım gəlir.
“Reaktivə pul veririk”
Nəsimi rayonundakı 1 saylı qadın məsləhətxanasında da hamilə qadınlar müayinələrə görə pul tələb olunduğunu gizlətmədilər. "Başına gələn başmaqçı olar" deyən Natəvan xanım artıq ikinci dəfədir ki, qadın məsləhətxanalarında tibbi personala pul payladığını bildirdi: "Qiymətləri əzbərləmişəm. Hansı hamilə qadın gəlirsə, bütün müayinələrin qiymətini bircə-bircə, qədərinə kimi başa salıram. Pul verməsən də keçinmək olmur. Bu elə bir məsələdir ki, söhbət uşağın taleyindən gedir. Analizə pul verməsən, dilləri ilə deyirlər ki, səhv çıxaracağıq. UZİ həkiminə hörmət etməsən, uşağın başının, çəkisinin ölçüsünü demir. Naəlac qalıb istəyənə "hörmət" edirik ki, əziyyətimiz heçə çıxmasın. Amma elə qadınlar tanıyıram ki, pulu olmadığına görə qadın məsləhətxanasına gəlib vaxtı-vaxtında yoxlana bilmir. Belələrinin də bətnindəki körpə ya 9 aya çatmır, yaxud ölü doğulur".
Bu Qadın Məsləhətxanasında qanda infeksiyaların təyini üçün nə qədər pul alındığını öyrənmək məqsədilə biz də pasiyent kimi müraciət etdik. Tibb müəssisəsindən bizə bildirdilər ki,
Rubella 1 G
Nerres Simrlex 1 G
Nerres Simrlex 1 M
Nerres Simrlex 2 G
Nerres Simrlex 2 M
Sitomeqalovirus G
Sitomeqalovirus G
Toksorlazmoz G
Toksorlazmoz M
Listerioz
Xlamidoz G
Xlamidoz M
Bruselyoz
infeksiyalarına görə müayinə üçün 33 manat pul ödənilməlidir. Müayinələrin pulsuz olduğunu söylədikdə isə tibb işçisi bizə "analizi aparmaq üçün reaktivlərə bir ətək pul veririk, ona görə də pasiyentlərdən pul alınır" cavabını verdi.
Qeyd edək ki, qadın məsləhətxanalarının hər birində analiz üçün pul tələb olunmasının səbəbini, tibb müəssisəsinin öz pulu ilə reaktiv alması ilə izah etdilər.
"Özəl"ə göndəriş
Beləliklə,bir hamilə qadının lazımi tibbi müayinələrdən keçməsi üçün nə qədər pul tələb olunduğunu kiçik araşdırma zamanı üzə çıxartdıq. Amma xatırladaq ki, "Hamiləliyin Təqib Proqramı"nın tələblərinə görə, hamilə qadın hamiləliyi təyin olduğu gündən başlayaraq, bu dövrün başa çatdığı günə qədər müayinələrə cəlb olunmalıdır. Beynəlxalq standartlara görə, hamilə qadınların bu müddətdə müayinələrdən keçməsi üçün həkimə müraciət sayının ən azı 9 dəfə olmasını nəzərə alsaq, xərc 9 dəfə böyüyür. Yuxarıdakı məbləğlə 9 dəfə müayinə üçün həkimə müraciət edən hamilə qadın bu dövr ərzində 820 manat 40 qəpik xərcləməlidir.
Amma bu məbləğ yalnız dövlət səhiyyə sisteminin müəssisələrində laborator analizlərə tələb olunur. Məlumdur ki, çox vaxt ginekoloqlar xəstələrini sözügedən laborator testləri vermək üçün özəl tibb müəssisələrinə göndərir. Onların hamilə qadınları göndərdikləri tibb müəssisələri əsasən "Baku Medical Center", "Vital" "New Med", "Caz", "LAB" dır. Biz qadın məsləhətxanalarında olarkən bir neçə belə faktla rastlaşdıq. Müvafiq analizlərin qeyd olunduğu göndəriş vərəqəsində həkimin adı və soyadı göstərilmişdi. Bu isə ginekoloqların həmin tibb müəssisələri ilə əlbir işlədiyindən xəbər verir. Hətta qadın məsləhətxanasındakı həkimlərin özəl klinikalardan göndərdikləri xəstələrin sayına uyğun olaraq aylıq faiz də aldıqları deyilir.
Qeyd edək ki, bəzi özəl tibb müəssisələrində qan analizləri istisna olmaqla yerdə qalan müayinələrin qiymətlərində elə ciddi fərq yoxdur. Məsələn, ən ucuz özəl tibb müəssisəsi sayılan "Nəbz" klinikasında qanın ümumi analizinin qiyməti 87 manatdır. Amma hamilə qadının UZİ müayinəsindən keçirilməsi üçün 21 manat tələb olunur.
Nəcis, sidik və yaxmanın analizlərinin qiyməti isə 5-8 manat arasında dəyişir. Klinikada rastlaşdığımız hamilə qadınların əksəriyyəti buraya həkimin göndərişi ilə gəldiklərini söylədilər. Amma aralarında dövlət laboratoriyalarında göstərilən xidmətin keyfiyyətinin aşağı olması üzündən özələ müraciət etdiklərini deyənlər də tapıldı. Klinikada növbə gözləyən Nərminə Kərimova bildirdi ki, özəl klinikalarda qiymətlər dövlət tibb müəssisələri ilə müqayisədə baha olsa da, insanın ürəyi sakit olur: "Burada xərclədiyimdən bir qədər az dövlət xəstəxanalarında alırlar. Hələ ürəyində analizin düzgün olub-olmadığı barədə şübhə də qalır. Ona görə də, bir qədər artıq xərcləyib özəl klinikada müayinədən keçməyə üstünlük vermişəm".
Səhiyyə Nazirliyi: “Reaktivləri pulsuz veririk”
Səhiyyə Nazirliyindən isə bildirirlər ki, dövlət xəstəxanalarında bütün xidmətlər, eləcə də hamilə qadınların tibbi müayinəsi bütün qadın məsləhətxanalarında pulsuz aparılmalıdır. Nazirliyin mətbuat xidmətinin rəhbər Anar Qədirli bildirdi ki, bu qanunda da xüsusi qeyd olunub:""Əhalinin sağlamlığının qorunması haqqında" qanunun 17-ci maddəsində" deyilir: Hər bir qadın hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunur". Nazirliyinin tabeçiliyində olan bütün səhiyyə ocaqlarında hamiləlik müddətində və doğuş zamanı pulsuz yardım göstərilməlidir. Hamiləliyin təyini, laborator təhlillər və diaqnostik müayinələr, doğuşa hazırlıq məqsədilə istifadə olunan dərman və tibbi sərflər, qeysər əməliyyatı və ağrısız doğuş zamanı cərrahın, mama-ginekoloqun, həkim neonatoloqun və bu prosesdə iştirak edəcək tibbi personalın əmək haqları bu proqrama daxildir".
Dövlət tibb müəssisələrinin reaktivləri pulla almasına gəlincə, A.Qədirli bu faktı da təkzib etdi. O bildirdi ki, analizlər üçün reaktivlər bütün dövlət tibb müəssisələrinə pulsuz verilir.
Ayşə

1636