“Borjomi” niyə Naxçıvana çatmır?
08 sentyabr 2010 15:18 (UTC +04:00)

“Borjomi” niyə Naxçıvana çatmır?

“2006-cı ildən “Anteks” şirkəti “Borjomi” sularını Azərbaycana idxalçısı rolunu oynayır. Bu sular Gürcüstandan yük qatarları vasitəsilə gətirilir və 158 kilometr yol qət olunur”.

Lent.az-ın məlumatına görə, “Anteks” şirkətinin direktoru İlkin Piriyev “Borjomi”nin 120 illik yubileyinə dair keçirilən mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda “Borjomi” sularının 6 əsas satış mərkəzləri fəaliyyət göstərir. Bunlar Bakı, Sumqayıt, Gəncə, Xaçmaz, Şirvan və Masallı rayonlarında yerləşir.

Hazırda “Borjomi”nin 130-dan çox ölkəsinə ixrac olunduğunu deyən İlkin Piriyevin həmin ölkələr arasında Azərbaycanın ilk pillələrdə yer aldığını söyləyib. Onun sözlərinə görə, son illər Azərbaycanda bu məhsullara tələbat bir qədər də artıb.

“Təəssüf ki, biz mövcud vəziyyətdə “Borjomi” sularının Naxçıvan bölgəsində satışını təşkil edə bilmirik. Çünki Azərbaycanın bu bölgə ilə əlaqəsi yoxdur, İran ərazisindən Naxçıvana yük aparmaq isə xeyli baha çıxır. Bizim hesablamamıza görə, mövcud satış qiymətləri ilə “Borjomi”ni Naxçıvana daşımaq iqtisadi cəhətdən sərfəli deyil. Amma ümid edirik ki, problemin həllindən sonra biz öz məhsullarımızı Naxçıvanda da sata biləcəyik” – deyə, İlkin Piriyev bildirib.

Elxan SALAHOV
# 966

Oxşar yazılar