Hava kəskin soyuyacaq
08 sentyabr 2010 13:37 (UTC +04:00)

Hava kəskin soyuyacaq

Bu axşam şimal və qərb rayonlarından başlayaraq, Azərbaycan ərazisində hava şəraiti dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, qeyri-sabit hava şəraiti sentyabrın 12-dək davam edəcək. Bu müddətdə havanın temperaturu 7-10 dərəcə aşağı düşəcək.

Sentyabrın 8-də Bakı və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gündüz 30-34, axşam 24-26, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Sentyabrın 9-da hava dəyişkən buludlu, yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Gecə 20-23, gündüz 26-29, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Sentyabrın 10-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Gecə 16-19, gündüz 20-23 dərəcə isti olacaq.

Sentyabrın 11-də hava buludlu olacaq, gündüz arabir açılacaq. Gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 15-17, gündüz 20-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 9-da, əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı rayonlarda güclənəcək. Gecə 18-22, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

Sentyabrın 10-11-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı rayonlarda güclənəcək, 11-də gündüz şərq küləyi əsəcək. Gecə 15-18, gündüz 22-26, dağlarda gecə 8-12, gündüz 15-18 dərəcə isti olacaq.
# 606

Oxşar yazılar