ARDNŞ inşa müsabiqəsi elan edir
07 sentyabr 2010 19:53 (UTC +04:00)

ARDNŞ inşa müsabiqəsi elan edir

ARDNŞ ödənişli Yay təcrübəsində iştirak edən tələbələr arasında “Mənim ARDNŞ-də Yay təcrübəm” mövzusunda inşa müsabiqəsi elan edir.

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, inşada Yay təcrübəsində iştirak edən tələbə təcrübə müddətində yerinə yetirdiyi işlər, ixtisası və işin təşkili sahəsində öyrəndiyi əməli biliklər barədə fikirlərini, layihənin daha da səmərəli təşkili üzrə təkliflərini, həmçinin vacib hesab etdiyi digər məsələlər barədə mülahizələrini yaza bilər.

İnşa Azərbaycan dilində 1000 (± 100) sözdən ibarət olmalıdır. Hər inşanın əvvəlində təcrübə iştirakçısının soyadı, adı və atasının adı, təhsil aldığı universitet, ixtisası və bitirdiyi kurs, təcrübə keçdiyi müəssisənin və şöbənin (sexin, xidmətin) adı, təcrübə rəhbərinin soyadı, adı və vəzifəsi, təcrübə müddəti (tarixlər) qeyd olunmalıdır (bu məlumatlar sözlər sayılarkən nəzərə alınmır).

İnşalar 15oktyabrın 15-dək “.doc” formatında “khs@socar.az” elektron poçt ünvanına təqdim edilməlidir. Ən yaxşı 2 inşa saytımızda yerləşdiriləcək və "İki sahil" qəzetində dərc olunacaq.
# 558

Oxşar yazılar