Ali məktəblərə sənəd qəbulu başa çatdı
01 iyun 2010 10:30 (UTC +04:00)

Ali məktəblərə sənəd qəbulu başa çatdı

2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizələrinin qəbulu bu gün başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a bildiriblər ki, qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən iyunun 1-dək internet vasitəsilə elektron ərizə doldurmuş və aprelin 30-dan iyunun 1-dək müvafiq sənəd qəbulu komissiyasına tələb olunan sənədləri təqdim etməklə ərizələrini təsdiq etdiriblər. Ərizə qəbulu üçün nəzərdə tutulmuş son müddət mayın 31-də başa çatmalı olsa da, TQDK rəhbərliyi elektron ərizə doldurmuş, lakin SQK-da təsdiq etdirməmiş abituriyentlərin olduğunu nəzərə alıb, ərizələrin qəbulunun 1 iyun 2010-cu il saat 17-dək aparılması barədə qərar qəbul edib. İlkin statistik məlumatlara əsasən, Sənəd Qəbulu Komissiyalarında 115855 abituriyent elektron ərizəsini təsdiq etdirib (2009-cu ildə bu rəqəm 112875 olub).

Aşağıdakı cədvəldə bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat təqdim olunur:

 

İxtisas qrupları

 

Bolmə

I qrup

II qrup

III qrup

IV qrup

Cəmi

Azərbaycan

33728

25149

30167

14670

103714

Rus

3425

3735

3529

1452

12141

Cəmi

37153

28884

33696

16122

115855



Elxan SALAHOV
# 769

Oxşar yazılar