2012-ci ildə dəm qazından 54 nəfər ölüb
13 dekabr 2012 11:59 (UTC +04:00)

2012-ci ildə dəm qazından 54 nəfər ölüb

“Azərbaycanda 2011 və 2012-ci illərdə 20-yə yaxın səhiyyə müəssisəsində yanğın hadisələri baş verib”. APA-nın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru Elmar Hüseynov "Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi" mövzusunda keçirilən seminar-müşavirədə bildirib.

E. Hüseynov bu halların onları narahat etdiyini deyib: “Bizi narahat edən digər ciddi bir problem son illər bəlaya çevrilən dəm qazından insanların zəhərlənməsidir. Xidməti sahəmizə aid olmasa da, qeyri-standart su qızdırıcılarının, məişət isitmə qurğularının istismarı zamanı yaranan yanğın təhlükəsi ilə yanaşı insan həyatı üçün real təhlükə mənbəyi olan bu avadanlıqlara qarşı daim qabaqlayıcı tədbirlərimizi həyata keçiririk”.

Xidmət rəisi təkcə 2012-ci ildə 54 nəfərin dəm qazından dünyasını dəyişdiyini, 1402 nəfər isə müxtəlif dərəcəli xəsarətlə müalicə müəssisələrinə yerləşdirildiyini açıqlayıb.

E. Hüseynov təəssüflə bildirib ki, müasir texnologiyaların ölkədə tətbiqinə baxmayaraq, bir sıra kənd və qəsəbə müalicə ocaqlarında məişət-qaz avadanlıqlarından istifadə qaydalarına rast gəlinir. Bu da səhiyyə obyektləri üçün yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ziddir.
# 644

Oxşar yazılar

Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02
Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

3 may 2024 , 13:06
 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16
İçərişəhərə GİRİŞ BAĞLANIR

İçərişəhərə GİRİŞ BAĞLANIR

3 may 2024 , 11:05
Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

3 may 2024 , 10:55