Arvadını torpağa basdırdı, 12 saat keçsə də,  ölmədi
03 may 2024 14:13 (UTC +04:00)

Arvadını torpağa basdırdı, 12 saat keçsə də, ölmədi

ABŞ-ın Vaşinqton ştatında kişi arvadını döydüyünə, diri-diri basdırdığına və narkotik maddə ilə günahlandırdığına görə məhkum edilib. Bu barədə “The New York Post” yazır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 54 yaşlı Çay Kyunq An 2022-ci ildə həbs edilib. Sonra arvadını vəhşicəsinə döyüb və bıçaqlayıb. O, qadını yapışqanla bağlayaraq, maşına mindirib meşəyə aparmazdan əvvəl qadın ağıllı saatından istifadə edərək polisə müraciət etməyi bacarıb. Orada kişi arvadını dayaz bir çuxurda basdıraraq gedib. Zərərçəkən 12 saat torpaqda qalsa da, ölməyib və oradan çıxa bilib.

Çay Kyunq An mart ayında adam öldürməyə cəhddə günahını etiraf edib. Kişinin vəkili onun post-travmatik stress pozğunluğundan əziyyət çəkdiyini və davranışına təsir edən “həddən artıq çox dərman qəbul etdiyini” deyib. Eyni zamanda, təqsirləndirilən şəxs “hər gün peşmançılıq və tövbə hissi ilə oyandığını” qeyd edib.

Məhkəmədə zərərçəkmiş bildirib ki, özü və övladları hələ də qorxu içində yaşayırlar.

Cümə günü, aprelin 26-da məhkəmə An barəsində 13 il müddətinə azadlıqdan məhruetmə cəzası seçərək, ona həyat yoldaşı və uşaqları ilə ünsiyyət qurmağı qadağan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3063
avatar

Oxşar yazılar