360 qanunsuz miqrant saxlanılıb
12 dekabr 2012 17:56 (UTC +04:00)

360 qanunsuz miqrant saxlanılıb

Keçən həftə ərzində ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 360 əcnəbi saxlanılıb. Dövlət Miqrasiya Xidmətindən Lent.az-a verilən məlumata görə, 3-8 dekabrda Bakı şəhərində qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib.

Keçirilən tədbirlər nəticəsində 360 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Saxlanılan əcnəbilər arasında Pakistan, Özbəkistan, Türkiyə və Gürcüstan vətəndaşları üstünlük təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807

Oxşar yazılar