Məhkumların “Rezonans”ı təqdim edildi
10 dekabr 2012 18:40 (UTC +04:00)

Məhkumların “Rezonans”ı təqdim edildi

Lent.az-ın məlumatına görə, tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) İdarə Heyətinin sədri Əli Hüseynli hüquq müdafiəçiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən millət vəkili Əli Hüseynli bildirib ki, bu layihə Hüquqşünaslar Konfederasiyası, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin dəstəyi ilə ərsəyə gətirilib. Onun sözlərinə görə, telejurnalist Mübariz Əsgərovun studiyası tərəfindən gerçəkləşdirilən telelayihə ölkənin müxtəlif cəzaçəkmə müəssisələrinin məhkumları tərəfindən hazırlanacaq. “ “Rezonans”ın verilişlərini məhkumlar hazırlayacaq. Verilişdə məhkumları maraqlandıran suallar, narahat edən problemlər işıqlandırılacaq. Millət vəkilləri, ictimai siyasi xadimlər, mədəniyyət və incəsənət adamları məhkumların verilişinin qonağı olacaqlar”.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev çıxış edərək, layihənin əhəmiyyətindən danışıb. O, bildirib ki, bu layihə məhkumların həyatında önəmli rol oynayacaq.

Qeyd edək ki, məhkumların çəkdikləri verilişlər “Xəzər” telekanalında yayımlanacaq.

Jalə
# 3361

Oxşar yazılar