Azərbaycanda 7 yeni cəzaçəkmə müəssisəsi tikilir
10 dekabr 2012 15:19 (UTC +04:00)

Azərbaycanda 7 yeni cəzaçəkmə müəssisəsi tikilir

Bu barədə Penitensiar Xidmətin rəisi Mədət Quliyev bildirib. O, qeyd edib ki, bu yaxınlarda biri Naxçıvanda, biri də Bakıda olmaqla 2 yeni cəzaçəkmə müəssisəsi istifadəyə verilib:

“Bu müəssisələr dünya standartlarına cavab verir. Bizdə müəssisələrin çoxu sovet illərindən qalmadır. Ona görə, də ədliyyə nazirinin göstərişi və nəzarəti ilə yeni müəssisələr tikilir. Azərbaycanda yüz nəfərlik yerə 104 məhkum düşürdü. Biz bu məsələni aradan qaldırırıq” - deyə, Quliyev bildirib.


Jalə Məmmədli
# 1677

Oxşar yazılar