“AzərsuCİS” Bakıda binaları nömrələyir
20 noyabr 2012 11:48 (UTC +04:00)

“AzərsuCİS” Bakıda binaları nömrələyir

Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün “Azərsu” ASC-də keçirilən mətbuat konfransında İnformasiya və kommunikasiya texnologiyaları departamentinin rəisi Samir Qənili söyləyib.

O bildirib ki, bu sistem su itkilərinin qarşısını almağa imkan verir: “Artıq 1 il keçib, bu sistem növbəti illərdə su itkisinin daha effektiv qarşısını almağa kömək edəcək. Bu, inşşat işləri aparan podratçılara da yardımçı olur. Sistem tam hazır olanda bunun bir hissəsini abonentlərə də açmağı planlaşdırırıq”.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Cəbrayıllı deyib ki, tutaq ki, bu yerdə su qaynayır, oradan da 3 kəmər keçir, biri daha köhnədir. Əvvəllər su qaynağı tapmaq üçün böyük bir yeri qazmaq lazım gəlirdi. Lakin indi “Azərsu” ASC-nin işçisi mobil şəkildə sistemə baxacaq və çox kiçik bir yeri qazmaqla bu problem həllini tapacaq. Hər hansı qurum bir yerdə qazıntı aparanda “AzərsuCİS”-ə daxil olaraq bizim oradakı infrastrukturu millimetr dəqiqliyi ilə müəyyənləşdirə biləcək”.

Ramiz
# 1692

Oxşar yazılar