Əlillər və sağlamlıq imkanları məhdud uşaqlara yeni güzəşt
20 noyabr 2012 10:12 (UTC +04:00)

Əlillər və sağlamlıq imkanları məhdud uşaqlara yeni güzəşt

Nazirlər Kabineti 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda dəyişikliklər edib.

Lent.az-ın verdiyi məlumata görə, dəyişikliyə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri də inzibati orqanların təsnifatı bölməsinə salınıb.

Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda da dəyişiklik edilib. Dəyişikliyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində yerləşən qeydiyyat şöbələrinin nümayəndələri tərəfindən aparıldıqda, səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə ödəniş aparılmadan həyata keçiriləcək.
# 1567

Oxşar yazılar