TQDK dərslikləri müzakirə edir
19 noyabr 2012 16:18 (UTC +04:00)

TQDK dərslikləri müzakirə edir

Bunu Lent.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri E. Nağızadə bildirib. E. Nağızadənin sözlərinə görə, gündəlik məsələ tam orta məktəblərin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyinin və müəllimlər üçün elmi-metodiki vəsaitin yekun müzakirəsi olunub. “Seminar iclasında Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, Kurikulum mərkəzinin İbtidai təhsilin kurikulumu şöbəsinin müdiri Bibixanım İbadova, AMİ-nun dosenti Vaqif Qurbanov, Bakı və Sumqayıt şəhərlərinin ibtidai sinif müəllimləri iştirak etmiş və gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər veriblər”-deyə mətbuat katibi əlavə edib.
TQDK sözçüsü onu da vurğulayıb ki, noyabrın 20-də keçiriləcək seminar iclasında tam orta məktəblərin 1-ci sinifləri üçün riyaziyyat dərsliyinin, 26-da isə orta məktəblərin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyinin və müəllimlər üçün elmi-metodiki vəsaitin müzakirəsi aparılacaq.
Anar Məcidzadə
# 707

Oxşar yazılar