Əflatun Amaşov beynəlxalq konfransa qatılacaq
14 noyabr 2012 15:12 (UTC +04:00)

Əflatun Amaşov beynəlxalq konfransa qatılacaq

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ukraynanın paytaxtı Kiyevdə Avropa Şurasının layihəsi əsasında medianın özünütənzimləməsinə həsr olunmuş beynəlxalq konfransa qatılacaq. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, konfrans noyabrın 16-dan 18-dək davam edəcək.

MDB və Avropanın bir sıra ölkələrindən olan media qurumları rəhbərlərinin iştirak edəcəkləri tədbirdə postsovet və postsosialist məkanında söz və ifadə azadlıqlarının vəziyyəti, KİV-in özünütənzimləməsi ilə bağlı meydana çıxan yeni tendensiyalar müzakirə ediləcək. Həmçinin medianın Ukraynada keçirilmiş parlament seçkisini işıqlandırmasına dair vəziyyət ətrafında da fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, beynəlxalq konfransda MŞ sədri Ə. Amaşovla yanaşı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edəcək.
# 798

Oxşar yazılar

Zaqatalaya dolu yağdı  - FAKTİKİ HAVA

Zaqatalaya dolu yağdı - FAKTİKİ HAVA

21 may 2024 , 16:35
Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

21 may 2024 , 16:33
Hindistanda  anomal   istilər - FOTOLENT

Hindistanda anomal istilər - FOTOLENT

21 may 2024 , 16:11
Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşları qəbul etdi

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşları qəbul etdi

21 may 2024 , 16:02
Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

21 may 2024 , 15:46
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 may 2024 , 15:38
Azərbaycanda məktəb direktoru işdən QOVULDU

Azərbaycanda məktəb direktoru işdən QOVULDU

21 may 2024 , 15:09
Qədim dünyada qadınlar  - Rezonanslı ARAŞDIRMA

Qədim dünyada qadınlar - Rezonanslı ARAŞDIRMA

21 may 2024 , 14:32