Muzdlular ayda 396,9 manat alır
13 noyabr 2012 23:54 (UTC +04:00)

Muzdlular ayda 396,9 manat alır

Bu ilin sentyabrında orta aylıq əmək haqqı hesablanmış muzdlu işçilərin orta siyahı sayı 1395,3 min nəfər olub və onlardan 838,0 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 557,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla işləyənlərin 23,5 faizi təhsildə, 19,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,6 faizi sənayedə, 9,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,5 faizi tikintidə, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,1 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14,4 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bununla yanaşı, müşahidələr göstərir ki, muzdlu işçilərin bir qismi əmək müqaviləsi bağlamadan fəaliyyət göstərir.

2012-ci ilin sentyabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 396,9 manat təşkil edib, yanvar-sentyabr aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 388,2 manat olub.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, informasiya və rabitədə, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

«ANSPress»
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1327

Oxşar yazılar