Şadlıq sarayları üçün standart hazırlanıb
18 oktyabr 2012 12:49 (UTC +04:00)

Şadlıq sarayları üçün standart hazırlanıb

Son vaxtlar yoxlamalar apardığımız çörək sexlərində aparılan yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanıb. Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov söyləyib.

O bildirib ki, şadlıq saraylarında da ciddi nöqsanlar üzə çıxır: “Tutaq ki, 250 nəfər üçün nəzərdə tutulan şadlıq saraylarında 500 nəfər yerləşdirilir, bir stol arxasında 6 nəfərdən çox şəxs oturur”.


Qida məhsulları şöbəsinin müdiri Məsim Babayev isə deyib ki, şadlıq saraylarında tullantıların saxlanılması üçün soyuducular olmalıdır. Ancaq əksər şadlıq sarayında tullantılar elə mətbəxdə saxlanılır: “Ona görə də müxtəlif şadlıq saraylarında qida məhsullarında göbələklər, bakteriyalar aşkarlanıb. Hətta şadlıq saraylarında xidmətçilər çəngəl-bıçağı arxa ciblərində saxlayırlar. Belə olmaz. Ona görə də maarifləndirmə işləri aparmağa çalışırıq”.



Əbülfət İmanov isə toy edən şəxsləri şadlıq sarayları ilə müqavilə bağlamağa çağırıb: “Şadlıq saraylarının çoxunda menyu, təsdiqlənmiş normativlər yoxdur. Bu məsələdə diqqətli olmaq lazımdır. Digər tərəfdən, 250 nəfərlik zala niyə 500 nəfər yerləşməlidir. Bəzən televiziya reklamlarında 50 adda salat təqdim edildiyi bildirilir. Belə ola bilməz! Aşbazlar istədikləri qədər bu salatlara xammal əlavə edirlər, reseptura, normalar yoxdur. Salatları istədikləri cür hazırlayırlar”.


Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı nəzərə çatdırıb ki, artıq şadlıq saraylarına qoyulan tələblərlə bağlı standart hazırlanıb və yaxın zamanlarda bu standart qəbul ediləcək.

Ramiz
# 4265

Oxşar yazılar

Hərbi Hospitalın sabiq rəisi VƏFAT ETDİ

Hərbi Hospitalın sabiq rəisi VƏFAT ETDİ

24 may 2024 , 17:12
 Leysan, dolu, qar    - HAVA XƏBƏRDARLIĞI

Leysan, dolu, qar - HAVA XƏBƏRDARLIĞI

24 may 2024 , 16:45
General zorakılığa məruz qalan uşaqlardan  DANIŞDI

General zorakılığa məruz qalan uşaqlardan DANIŞDI

24 may 2024 , 16:05
Həbsdə olan generalın yerinə TƏYİNAT

Həbsdə olan generalın yerinə TƏYİNAT

24 may 2024 , 15:57
Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

24 may 2024 , 15:16
İtaliyanın baş prokuroru Azərbaycana gəlib

İtaliyanın baş prokuroru Azərbaycana gəlib

24 may 2024 , 15:00
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

24 may 2024 , 14:43
ŞAD XƏBƏR:  Azərbaycanda gələn il  pensiyalar artacaq

ŞAD XƏBƏR: Azərbaycanda gələn il pensiyalar artacaq

24 may 2024 , 14:26