Tovuzda balıqçı su anbarında batdı - YENİLƏNİB  - VİDEO
24 may 2024 13:07 (UTC +04:00)

Tovuzda balıqçı su anbarında batdı - YENİLƏNİB - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə  Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində balıq ovuna çıxdığı ehtimal olunan həmin rayonun Aşağı Öysüzlü kənd sakini 37 yaşlı Baxşəliyev Zabit Paşa oğlunun batması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış dərhal qrupu axtarışlara cəlb olunub.

Hazırda axtarış işləri davam etdirilir.

***
23.05.2024 Saat: 12:07

Tovuz rayon sakini Kürdə batıb.

Lent.az-ın məlumatına görə, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, çayda batan şəxs rayonun Aşağı Öysüzlü kənd sakinidir./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2856
avatar

Oxşar yazılar