Yağmursuz hava davam edəcək
18 oktyabr 2012 00:10 (UTC +04:00)

Yağmursuz hava davam edəcək

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 22-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.


.
# 825

Oxşar yazılar