Astarada «açıq qapı» günü
11 oktyabr 2012 22:05 (UTC +04:00)

Astarada «açıq qapı» günü

Şəhərin müxtəlif yaşayış məntəqələrindən olan sakinlər onları narahat edən problemləri rayon rəhbərliyinin diqqətinə çatdırıblar.

APA-nın Cənub bürosunun xəbərinə görə, 500 nəfərə yaxın şəhər sakininin iştirakı ilə keçirilən görüşü Astara Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Qəzənfər Ağayev açaraq hamını dialoqa dəvət edib. Yaşadıqları ərazilərdə üzləşdikləri problemlər barədə rayon rəhbərliyini məlumatlandıran sakinlər çıxışlarında əsasən içməli su və kanalizasiya xətlərinin çəkilməsi, qəbiristanlıq üçün torpaq sahəsinin ayrılması və s. bu kimi məsələləri qabardıblar.

Çıxışlarda həmçinin bərbad vəziyyətdə olan İstisu sanatoriyasında təmir-bərpa işlərinin aparılması, şəhər ərazisində futbol meydançasının olmaması da yer alıb.

Tədbirin sonunda çıxışlara münasibət bildirən RİH-nin başçısı Qəzənfər Ağayev sadalanan problemlərin aradan qaldırılması üçün əlaqədar idarə müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib.
# 719

Oxşar yazılar