Azay Quliyev Avropa gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb - FOTO
11 oktyabr 2012 18:47 (UTC +04:00)

Azay Quliyev Avropa gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb - FOTO


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb. Bu barədə Şuradan Lent.az-a məlumat verilib.

Bakıda Avropa Komissiyasının “Gənclər fəaliyyətdə proqramı” çərçivəsində keçirilən “Dəyişikliklər küləyi - sovetlər birliyinin süqutundan sonrakı 20 ildə Avropaya miqrasiya” beynəlxalq təlim kursunun iştirakçıları ilə görüşdə A. Quliyev qeyd edib ki, burada məqsəd Azərbaycanla bağlı həqiqətlərin Avropa məkanına dürüst və təhrifsiz çatdırılması, habelə Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq imkanlarını genişləndirməkdir.

Şura sədri həmçinin qonaqların çoxsaylı suallarını cavablandırıb.
# 566

Oxşar yazılar