Universitetlərdən narazılıq var
11 oktyabr 2012 14:36 (UTC +04:00)

Universitetlərdən narazılıq var

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə universitetlərdən şikayət daxil olub. Ali təhsil müəssisələri ilə bağlı daxil olan 5 şikayət xarakterli müraciətin 3-ü dövlət, 2-si isə özəl tədris ocaqlarının fəaliyyəti barədədir. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bu müraciətlər dövlət ali təhsil müəssisələrində dövlət sifarişi üzrə özəl ali məktəblərdə təhsil alan tələbələrin təqaüdlərinin və təhsil sənədlərinin gecikdirilməsi, yay semestri təşkil olunmuş ali təhsil müəssisələrində imtahan nəticələri ilə əlaqədar apelyasiya şikayətlərinə baxılması qaydalarının pozulması ilə əlaqədar olub.

Daxil olan bütün müraciətlər qeydə alınıb, araşdırılıb, “Qaynar xətt” xidmətinin əməkdaşları və Nazirliyin müvafiq struktur bölmələri tərəfindən cavab¬lan¬dı¬rılıb.
# 1380

Oxşar yazılar